Dil:
Azərbaycanca
Dəniz suyundan sinuzit zamanı istifadə edilə bilər?
30 Avqust 2018 6632Qulaq burun boğaz xəstəlikləri üzrə türkiyəli mütəxəssis Çağatay Oysu, dəniz suyu müalicəsinin sinuzit və xronik rinosinuzitin sahələrində tezliklə istifadə edildiyini bildirib. Burada 2 tip müalicə tətbiq edilir. Birincisi antibiotik ilə bakteriyaların yox edilməsi, ikincisi isə bakteriaların, iltihabı qabıqların və ya ifrazatların mexanik olaraq uzaqlaşdırılması.
Dəniz suyu müalicəsinin Hipokrat dövründə Thalasso terapiyasına gedib dayandığı qeyd edilir.
Bu üsul ancaq qulaq burun boğaz üçün deyil, ürək dövranı pozğunluğu və psixoloji xəstəliklər üçün də istifadə edilir.
“Uzunmüddət birim gündəlik praktikamızda dəniz suyu yox idi. Son zamanlarda bu üsul daha da inkişaf edib. Cərrahi üsullardan da istifadə edirik. Bunun sayəsində burunda qabıqlar meydana gəlir və bu qabıqlar burundan uzaqlaşdırılmasına gərək duyulur. Bu zaman da dəniz suyundan istifadə edilir”.
Dəniz suyu müalicəsinin sayəsində burun rahatlayır, xronik infeksiyaların qarşısı alınır. Dəniz suyunun xüsusiyyətlərindən biri də budur ki, burun içərisindəki toxumalardan çox olan suyu çəkərək infeksiyaya bağlı probemin qismən azaldırmasına kömək edir və nəfəs almaq üçün yer açır.
Həmçinin dəniz suyu bakteriyaları azaldır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1