Dil:
Azərbaycanca
Dırnaqların yavaş uzanmasının səbəbləri
16 Aprel 2018 9399Əl və ayaqların gözəl görünməsinin ən mühüm səbəblərindən biri məhz dırnaqlardır. Dırnaqların təməl maddəsi olan keratin ölü hüceyrələrdən ibarətdir. Keratin bütün canlılar tərəfindən istehsal olunur. Həddindən çox keratin saç və dırnaq kimi mütəmadi uzayan saç və dırnaqlar tərəfindən vücuddan atılır.
Dırnaqların yavaş uzanmasına səbəb olan bir neçə səbəb vardır. Dırnaqların kökündə yer alan matriksinin inkişaf etməməsi dırnaqların yavaş uzanmasındakı ən vacib faktordur. Matriks, lenf damarlarından ibarətdir. Bu isə dırnağın yaranmasını və hüceyrələrin yenilənməsini təmin edir. Dırnaqlar ortalama 100 gündə 1 sm qədər uzanmaqdadır. Dırnaqlardakı uzanma isə insandan-insana dəyişir. İnsanın yaşı, mövsüm, genetik faktorlar da bu prosesdə böyük rol oynayır.
Dırnaqların uzanmamasının digər səbəbi də vücud üçün gərəkli olan vitaminlərin qəbul edilməməsidir. Biotin adlandırılan B7 vitamininin əksikliyi dırnaqların uzanmasını yavaşladır. Hazır qidalardan qaçınaraq, düzgün qidalanaraq orqanizmdəki biotin əksikliyini təmin edə bilərsiniz.
Stress, gərgin iş rejii, yorğunluq da dırnaqların uzanmasını yavaşladır.
Asan qırılan və yavaş uzayan dırnaqlarınız varsa onları zeytun yağı ilə ovalaya bilərsiniz ya da limonla ovuşdurub 5-10 dəqiqə qədər dırnaqlarınızda saxlayın. Bunlar da güclü, qırılmayan və sürətlə uzanan dırnaqlara sahib olmağınıza kömək edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1