Dil:
Azərbaycanca
Dırnaqda yaranan qara ləkələrin səbəbləri
11 İyun 2018 26250Barmaq uclarında mövcud olan dırnaqların vəzifəsi barmaq toxumasını qorumaqdır. Dırnaqlar sağlam, təmiz, parlaq və dayanıqlı olmalıdır. İstifadə edilən dərmanlar, xəstəliklər və alınan zərbələr dırnaq rəngində dəyişikliklər yarada bilər. Bunlardan biri də qara ləkələrdir. Xüsusilə əl barmaqlarında olan dırnaqlardakı deformasiya hər kəs tərəfindən görüldüyü üçün narahatçılıq yarada bilər.
Dırnaqda qara ləkə xətt və ya nöqtə şəklində ola bilər. Səbəbləri isə bu şəkildədir:
Dırnaq göbələyi: dırnaqlarda sarı rəng şəklində ortaya çıxan dırnaq göbələyi getdikcə rəng dəyişdirərək tündləşə bilər. Göbələk vücudun başqa bir hissəsindən yoluxa bilər. Dırnaq göbələyi müalicəyə dayanıqlı və inatçıdır.
Travma ilə əlaqədar da səbəblər yarana bilər. Dırnağın üzərinə ağır bir cismin düşməsi, qapı və ya pəncərə aralıqlarında qalması qara ləkələr yarada bilər.
Bu ləkələr sədəf xəstəliyi səbəbindən yarana bilər.
Təbii üsullarla da bunun müalicəsi aparıla bilər.
Çay ağacı yağı və zeytun yağı göbələkli hissəyə çəkilir. Gündə iki dəfə, göbələk xəstəliyi gedənə qədər təkrarlanmalıdır.
Sarımsaq və sirkə digər xilas olmaq üsullarındandır. Bir baş sarımsaq soyulduqdan sonra yüngül formada döyülür. Bir su stəkanı içərisində bir neçə gün gözlədilir. Göbələkli nahiyyə yuyulub qurudulduqdan sonra bir pambıq köməyi ilə çəkilir.
Alma sirkəsi də göbələkdən xilas olmağa kömək edə bilər. Bu zaman alma sirkəsi ilə dırnaqlar yuyulur və ya belə suda gözlənilir, daha sonra qurudulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1