Dil:
Azərbaycanca
Düzgün hamiləlik üçün tövsiyələr
21 May 2018 9461Hamiləlikdə 9 ay uzun və keşməkeşli yoldur. Bu müddətdə ehtiyyatlı və sağlamlığa qarşı diqqətli olmaq lazımdır.
Türkiyənin Memorial Diclə xəstəxanası Ginekologiya bölməsinin həkimi Yunus Çavuş hamiləlikdə yaşana biləcək problemləri azaltmaq üçün tövsiyələr verib.
Ürək bulantılarına qarşı qidalanma vərdişlərinizi düzəldin.
Adətən bulantılar səhər saatlarında başlayır. Xüsusilə ilk hamiləliklərdə bulantı əsas problemdir. 4-8 həftə davam edir. 14-16-cı həftəyə qədər azalaraq davam edər və bəzən isə bütün hamiləlik boyu davam edər.
Gün ərzində az və tez-tez qidalanmaq, yeməklər arasında az maye qəbul etmək, quru, yağsız və duzlu qidaları seçmək şikayətləri azaldır. Əgər şirniyyat və meyvələr bulantı yaratmırsa, yeyilməsində problem yoxdur. Duzlu çubuqlar, simit kimi qidalarla bulantını keçirə bilərsinz. Açıq çay da bulantının keçirilməsində kömək edir. Bununla yanaşı yataqdan anidən qalxmamaq, xoş olmayan qoxulardan və ağır qidalardan uzaq durmaq da bulantının qarşısını almağa kömək edir.
Kifayət qədər maye içməyə diqqət edin. Hamiləlikdə tez-tez tualetə getmək uşaqlıqda böyümə və böyrək funksiyalarındakı dəyişikliklərlə bağlıdır.
Baş ağrısı və halsızlıq adətən hamiləlikdə ortaya çıxan hormonal və qan dövranındakı dəyişikliklərlə bağlıdır. Ancaq hamiləliyin 20-ci həftəsindən sonra başlayan baş ağrıları zərərsiz olmaya bilər. Bu zaman mütəxəssis yanına gedilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1