Dil:
Azərbaycanca
Cinsi münasibət zamanı yaranan ağrıların səbəbi
11 Avqust 2018 10084Qadınların cinsi münasibət problemlərinin başında hiss edilən ağrı gəlir. Hər 10 qadından biri bu problemdən əziyyət çəkir. Bu barədə türkiyəli ginekoloq Süleyman Eserdağ məlumat verib.
Cinsi münasibətdən sonra yaşanılan ağrı, acı, yanma, batma kimi hər növlü ağrılar “cinsi münasibət ağrısı” na daxil edilir. Dünyada çox rastlanılan problemlərdəndir.
Bu mövzuda bir neçə mərhələlərdən bəhs edə bilərik. Cinsi münasibətdə hiss edilən ağrılar vagina girişində hiss edilir. Həmçinin əzələ nahiyədə(dərin) baş verə bilər.
Problem bəzən ilk cinsi münasibət yaşayan zaman yaşanır.
Bəzən bu ağrılar sonralar da davam edə bilir. Bəzən isə müəyyən vəziyyətlərlə bağlı yaranır. Psixoloji olmaqla bahəm, fizioloji də ola bilər.
Cinsi ağrı problemlər içərisində ən çox rastlanılanı isə vaginanın giriş hissəsində yaranan həssaslıqdır.
Vaginizm problemi də qadınlarda cinsi münasibət zamanı ağrılar yarada bilər.
Bunu araşdırmaq üçün ginekoloq tərəfindən aparılan müayinə çox vacibdir.
Evlilik problemləri cinsi həyatda digər bir çox problemləri bərabərində gətirir. İşlərə qarşı yaranan əsəbilik, kefsizlik də cinsi münasibətə də mənfi təsir göstərir.
Bu ağrıların müalicəsi mümkündür. Ancaq bunun üçün ilk olaraq səbəb araşdırılmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1