Dil:
Azərbaycanca
C vitamini nə üçün vacibdir?
06 İyun 2020 13235İmmunitet sisteminin gücləndirilməsində C vitamini böyük əhəmiyyət kəsb edir. Bu vitaminsə bütün fəsillərdə gərəklidir. Daha çox qreyfurt, limon, portağal, naringi kimi meyvələrin tərkibində mövcuddur. Bir çox xəstəliyin müalicəsində bu çox vacibdir. C vitamininin hansı yaz meyvələri və tərəvəzlərində mövcud olduğu dəqiq bilinmir.
Qırmızı acı, şirin, yaşıl bibər C vitamini qaynaqlı tərəvəzlərdən hesab edilir. Qarpız, çiyələyin də tərkibində az da olsa mövcuddur.
C vitamini yüksək dərəcədə antioksidant olan vitamindir. İmmunitet sistemini gücləndirir. Vücuddakı toksinləri dəf edir. Orqanizmdə E vitamini ilə birləşərək güclü immunitet qoruyucu təsirə çevrilir.
Əksər zaman təzyiq, diabet problemi olanların da müalicə reseptində bu vitamin yer alır.
Xüsusilə də son illərdə diabet üzərindəki effektiv təsiri haqqında məlumatlar geniş yayılıb. İnsulin C vitamininin hüceyrə içərisinə daxil olmasını təmin edir. Bu səbəbdən diabet və insulin müalicəsində C vitamini əhəmiyyətli rola sahibdir. Astma, yüksək təzyiq, infeksiyalar, ekzema, hepatit, mədə yarası, katarakta kimi bir çox xəstəliklərdə C vitamininin əksikliyi müşahidə edilir. C vitaminindən istifadə edərək bu xəstəliklərin yaranma riskini azaltmaq mümkündür.
Əhvalınızı qorumaqda da bu vitaminin rolu danılmazdır. Bu vitamin orqanizmdə yetəri qədər olduğu zaman bədəndəki yaralar da daha tez sağalır.
Aparılan araşdırmalara görə, müəyyən miqdarda vitamin qəbul edildiyi halda allergiyanın azalması və yüngülləşməsi mümkündür.
Astma, diabet kimi problemləriniz varsa qəbul etdiyiniz qidalar sağlamlığınız üçün kifayət etməyə bilər. Bu zaman da orqanizmdə C vitamini əksikliyi yarana bilər. Bunun üçün bunu mütəmadi olaraq analizlərlə nəzarətdə saxlamaq lazımdır. Xəstəliklərdən qorunmaq üçün və problemlərin müalicəsində C vitamininin rolu danılmazdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1