Dil:
Azərbaycanca
Burun əməliyyatından sonra bunları edin
06 İyun 2020 10094Burun estetikası həm görünüş həm də sağlamlıq baxımından müraciət edilən əməliyyatdır. Daha çox burun forması bəyənilməyən zaman estetik müdaxilə olunur. Bunun xaricində travma zamanı burunda yaranan problemləri düzəltmək məqsədilə də əməliyyata müraciət edilir.
Uşaqlara məcbur qalınmadıqca tətbiq edilmir. Çünki azyaşlılarda sümük tam formalaşmadığı üçün bu prosesin bitməsi gözlənilir.
Bəs kişi burun estetikası ilə qadın burnu arasında fərq varmı?
Kişi burnu ilə qadın burnu arasında estetik cəhətdən fərqlər vardır. Əsas fərq burun ilə ağız arasında olan məsafədir.
Qadınlarda məsafə daha böyükdür. Qadın burnunun ucu kişi ilə müqayisədə daha yuxarıdır. Kişilərdə burun ucu və genişliyi daha qabarıqdır.
Bəs kimlər bu əməliyyatı həyata keçirməlidir?
Bunu edəcək şəxs adətən plastik cərrah və qulaq-burun-boğaz mütəxəssisidir. Hər iki sahə üzrə də peşəkar mütəxəssis seçilməlidir. Plastik cərrah burun daxilindəki nəfəs problemlərini də aradan qaldıra bilər.
İnkişaf edən son texnika ilə əməliyyat asan formada keçsə də əməliyyatın ardından bir sıra nüanslara diqqət edilməlidir.
Əməliyyatdan sonra sarğılar açıldığı zaman istənilən burun formasını görmək mümkündür. Ancaq bu hələ yeni başlanğıcdır. Formalaşması təxminən 6 həftədə baş verir. Yaranan şişliklərin bitmə müddəti 6 ay ilə 1 ilə qədər davam edir. Əməliyyatdan 3-4 ay ərzində burun, zərbələrə qarşı qorunmalıdır.
Bu müddətdə eynək taxmaq kimi mikro travmalardan da çəkinilməlidir. Eynək taxmaq məcburiyyətindəsinizsə bir müddət linza taxmağınız tövsiyə olunur.
Burun əməliyyatından sonra bunları edin:
Prosedurdan 4 saat sonra su içilə bilər. Keçən müddət ərzində dodaqlar su ilə nəmləndirilə bilər. Daha erkən su içilərsə bağırsaq hərəkətləri normala dönmədiyi üçün qusma ola bilər.
Burundan çəhrayı rəngli axıntı ola bilər. Bu adətən qanaxma hesab edilməyib vücudun özünü təmizləmə mexanizmidir. Miqdarı az olur. Əgər bol miqdarda gələrsə həkiminizlə məsləhətləşin.
Hərəkətli işlərdən qaçının.
Burun ucu tikişlərinin qulluğuna qalmalısınız. Bunu gündə 4-5 dəfə oksigenli suya batırılmış ucu pambıqlı qulaq çubuqları ilə etməyiniz tövsiyə edilir. Bundan sonra antibiotikli kremi burun dəlikləri və önündəki dəri nahiyəsinə çəkin. Həkimin yazdığı dəniz suyundan istifadə edə bilərsiniz.
Günəş şüalarından qorunmalısınız. İlıq duş qəbul edə bilərsiniz. Qaynar sudan qaçının.
Əməliyyatdan sonra dişlərinizi ağız qarqaraları ilə təmizləməyiniz tövsiyə edilir. 3-cü gündən sonra yumşaq fırça ilə ehmalca fırçalaya bilərsiniz. Əks halda qanaxma baş verə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1