Dil:
Azərbaycanca
Burun əməliyyatında nəyə diqqət etməlisiniz?
02 Oktyabr 2018 7085Burun əməliyyatlarına adətən burnunda forma pozğunluqları olan insanlar üstünlük verilir.
Burun üzün tam mərkəzində yerləşdiyi üçün estetik cəhətdən çox mühümdür. Əgər forma cəhətdən düzgün quruluşda deyilsə, bu şəxsdə özgüvən əksikliyi yarada bilər. Bu, həmçinin nəfəs almada bir sıra problemlərə yol aça bilər.
Ən bəyəndiyiniz burun formasına sahib olan məşhurun şəklini cərrahınıza gətirməyiniz necə bir burun formasına sahib olmaq istəyinizi izah etməyə kömək edə bilər. Ancaq müəyyən burun quruluşları var ki, siz bəyənsəniz belə üz formasına uyğun olmaya bilər. Bu səbəbdən burun forması seçərkən üz quruluşunuza diqqət edin.
Bu əməliyyat üçün ətraflı araşdırmalısınız. Əməliyyat zamanı istifadə ediləcək qurğular, alətlərə qədər ətraflı danışılmalıdır. Seçilən həkim isə bu mövzuda əsas faktordur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1