Dil:
Azərbaycanca
Bu xəstəlikləri müalicə edir – Əriyin faydaları
10 Sentyabr 2018 7858Yay fəslinin unudulmaz meyvələrindəndir ərik. İnsan sağlamlığı üçün faydası hədsizdir. Ərik, orqanizmi bir sıra xəstəliklərə qarşı qoruyur.
Tox tutur. 3-4 ərik 100 qram miqdarındadır. Bir ovuc ərik bir pors hesab edilir.
Bağırsaq sağlamlığın dostudur. Bunun üçün də əriyin yeyilməsi faydalıdır. Qəbizlik kimi problemin həll yollarından biri də ərikdir. Tərkibində lif, selüloz, pektin var ki onlar da bağırsaq fəaliyyətini asanlaşdırır. Qaz və qəbizlik problemlərini müalicə edir.
Əriyin içində bolca dəmir mövcuddur. Anemiyaya qarşı faydalıdır. Qan yaradan xüsusiyyəti var. Enerjini bərpa edir.
Görmə zəifliyinin qarşısını da əriklə almağınız mümkündür. A,C,E vitaminləri zəifliyə qarşı effektlidir. Ərikdə isə bu vitaminlər mövcuddur.
Mədədə yanma və qastrit kimi problemlərin müalicəsi zamanı ərikdən də müalicə məqsədilə istifadə etmək mümkündür. Mədə problemləri yaşayanlara asidli meyvələr yemək tövsiyə edilir.
Ərikdə xərçəng xəstəliyinə qarşı savaşan antioksidant radikallar mövcuddur. Xüsusilə də ağciyər xəstəliyinə qarşı effektlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1