Dil:
Azərbaycanca
Bu detoksla həyatınızı dəyişin
26 May 2018 7804Türkiyəli diyetoloq Evrim Demirel detoksla həyatınızda bir çox şeyi dəyişdirə biləcəyinizi bildirib. Belə ki, detoksla həm enerjinizi, həm də həyata sevginizi artıra bilərsiniz. Bu detoks, şişkinlik və həzmsizlik sıxıntılarınızı azalda bilərsiniz.
Diyetoloq, yaşıllıqların, ispanaq, cəfəri, razyana, kələm kimi qidaların hər gün yeyilməyin mühüm olduğunu qeyd edib.
Qəhvə, qara çay və süddət çox istifadə etməyin. Onların əvəzinə gündə 2-4 dəfə yaşıl bitki çayları istifadə edin. Həmçinin 2,5 litr kimi su için. Suyunuzu ləzzətləndirmək üçün isə içinə limon və nanə də qoya bilərsiniz.
Spirtli içkilərdən istifadə etməyin. Detokslar zamanı içkilərin istifadəsi qaraciyəri yorar.
Tər atmaq vücuddakı toksinləri atır. Bunun üçün gəzintilərə çıxın, iplə oynayın, rəqs edin. Mütəxəssislər tər atmaq üçün belə hərəkətlərin sağlamlıq üçün faydalı olduğunu qeyd edib.
Erkən yatın – Diyetoloqlar detokslar zamanı dincəlmək çox vacibdir. Bu səbəbdən erkən yatıb erkən oyanmalısınız.
Sözügedən bahar detoksunu sizə təqdim edirik:
– 1 stəkan su
– Yarım stəkan limon su
– 3-4 yarpaq roka bitkisi
– 1 orta boy alma
– 1 orta boy armud
– Yarım çay qaşığı zəncəfil
– Qaşığın ucunda isə acı bibər.
– İçki halına gətirdikdən sonra isə gündə 2-4 stəkan qədər içə bilərsiniz.
*QEYD: www.hekimtap.az saytında yerləşdirilən hər hansı dieta reseptləri və ya müalicə üsulları mütləq mütəxəssislə müzakirə edilməlidir. Əks halda, yaranan fəsadlara cavabdehlik daşımırıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1