Dil:
Azərbaycanca
Boyunda lordoz düzləşməsi nədir?
17 Mart 2018 10152Onurğanın boyun şöbəsi 7 ədəd fəqərədən təşkil olunub. Boyun fəqərələri beyinə gedən damarlara olan yaxınliği və onurğa beyninin boyun bölgəsi çox önəmli funksiyaların icrasında rol aldığına görə biraz daha da önəmli və diqqət gərəktirən nahiyyədir.
Boyun fəqərələrinə kənardan baxıldığında “C” hərfi şəklində bir bucaq və düzülüş əmələ gətirir. Buna tibbi olaraq servikal lordoz deyilir.
Telefon, planşetlərdən istifadə zamanı çox uzunmüddət hərəkətsiz qalan zaman boyun əzələləri rahatlaya bilməz və əzələlərdəki bu gərginlik onurğalar üzəində təzyiqə məruz qalır. Tez-tez təkrarlanan bu pozisiyalar onurğaların quruluşunu dəyişərək servikal lordoz düzləşməsinə səbəb olur.
Boyunun ön hissəsindəki əzələlərdə qısalma, arxadakı əzələlərdə isə gərginlik baş verir.
Ortalama bir insan başının ağırlığının 7-9 kg. arasında deyişdiyi düşünülərsə, uzun müddət aşağı doğru baxaraq oxuma və çalışma, tez–tez olaraq ağır yük qaldırmalar, kondensionerli, soyuq və rütubətli mühitdə uzunmüddətli işləmək, fəqərələrdə vaxt keçdikcə patoloji dəyişikliklərə gətirib çıxaracaqdır. Zamanla “C” şəklində durması gərəkən bu fəqərələr “1” şəklini alır. Hətta daha da ilərləyərsə tərsinə bucaqlanma dediyimiz “tərs C” şəklini almağa başlayır. Bu zaman fəqərələrarası olan disklər və aradan keçən onurğa beyin və sinirlər sıxılmaya məruz qalır. Davaminda boyun əzələləri, bağları, arteriyalar, sinirlər bir sözlə boynun arxa qismındəki bütün elementlər gərilir.
Bu baş dönməsi, baş ağrısı, mədə bulantısı, yorğunluq, qulaq çınlaması, ağrı, əsəbilik, yuxusuzluq, yüksək təzyiqə səbəb olur.
Gündəlik boyun sağlamlığınıza diqqət yetirməlisiniz.
Boyun lordozunun düzləşməsi zamani fizioterapiya ,massaj, akupunktura və konservativ dərman müalicəsində istifadə oluna bilinir.
Telefonlarımızı adətən üzümüzə dik formada tutmayıb, yerə doğru təxminən 45 dərəcə əyilmiş şəkildə uzunmüddət tutmaq nəticəsində baş bu vəziyyətdə durmağa uyğunlaşır və normal anatomik pozisiyaya uyğun olmayan formada qalır. Bu da böyük problemlərin başlanğıcı deməkdir.
Bəzi idman hərəkətlərini də edən zaman mütləq həkiminizlə məsləhətləşin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1