Dil:
Azərbaycanca
Boyun yırtığı nədən yaranır? – Müalicə üsulları
29 Mart 2018 10380Boyun yırtığı əksər adamlarda müşahidə edilsə də nədən yaradıldığı barədə məlumatsızıq.
Bu xəstəlik, uzunmüddət bir yerdə oturmaq (masa arxasında, televiziya və ya kompyuter qarşısında), düzgün olmayan oturuş formaları, düzgün edilməyən idman növləri, sulu saçla gəzmək, genetik faktorlar, ani və tərs hərəkətlər görərək onurğalardakı disk zədələnməsindən yaranır.
Siqaret çəkənlərdə də əksər zaman bu xəstəlik müşahidə edilir.
Xüsusilə də gənc yaşda siqaretdən istifadə edənlərdə boyun quruluşunun pozuntularına daha çox rast gəlinir.
Genetik faktor da burda rol oynayır. Ailədə bu xəstəlikdən əziyyət çəkən varsa digər insanlarda da boyun yırtığının görülmə riski yüksəkdir.
Boyun yırtığı quruluşdan asılı olaraq da ortaya çıxa bilər. Belə ki, boynu uzun və incə olanlar, boynu qısa olan insanlarla müqayisədə daha çox risk altındadır.
İncə boyuna sahib olanların əzələ quruluşu daha incə və zəif olur.
Bununla qarşılaşanlar ilk olaraq həkimə gedərək boyun yırtığı olub –olmaması barədə dəqiq məlumat əldə etməlidirlər. Xəstəliyin vəziyyətinə görə, ağrıkəsicilər, əzələ rahatladıcıları, krem və ya idman hərəkətləri tövsiyə edilə bilər. Əgər heç bir üsul fayda verməssə o zama əməliyyat düşünülür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1