Dil:
Azərbaycanca
Boğaz ağrısından qurtulmağın yolları
18 Dekabr 2018 12252Qış aylarında ən çox rastlaşdığımız problemlərdən biri də boğaz ağrısıdır. Boğaz ağrısından qurtulmaq üçün məsləhətlərimizə qulaq asın.
Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, gündə bir neçə dəfə qarqara etməklə boğazdakı şişməni azalda və boğazı bakteriyalardan təmizləyə bilərsiniz. Duzlu qarqaranı bir stəkan suya yarım çay qaşığı duz əlavə edərək hazırlaya bilərsiniz. Duzun dadı sizi narahat edirsə, içinə bir az bal əlavə edə bilərsiniz.
Öskürməyi əngəllməmək üçün nanəli konfetlər sümürmək boğazınızı nəmli tutmağa kömək edəcək. Spreylər də həmçinin boğazınızı nəmləndirməyə kömək edəcək.
Həkimlər boğaz ağrıları zamanı bol miqdarda su qəbul etməyi məsləhət görür. Bu boğazınızı nəmli tutmağa və xəstəlikdən tez bir zaman qurtulmağa kömək edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1