Dil:
Azərbaycanca
Blenderdən keçirilən qidalar təhlükəlidir
19 Sentyabr 2018 7325Bir çox ana körpənin 9 ayında belə yeməyi püre vəziyyətinə gətirərək verir. Mütəxəssislər isə bu mövzuda valideynlərə xəbərdarlıq edir. Aparılan araşdırmalara görə, belə hazır formaya salınmış qidalar ən az fast food qədər zərərlidir. Bu, uşaqların çeynəmə, dil hərəkətləri, udmasına belə mənfi təsir göstərir.
Mütəxəssislərə görə, blenderdən keçirilərək verilən qida, valideynlər tərəfindən vərdiş halına gətirilib.
Pediatrlara görə, qida müxtəlifliyi kimi yemək forması da vacibdir. Blenderdən keçirilən yeməklərin 9 aylıq uşağa verilməsi düzgün hesab edilmir. Buna səbəb isə uşağın püre halına gətirilmiş yeməyi asanlıqla udmasıdır. Bu zaman isə uşaqda çeynəmə funksiyası inkişaf etmir.
Uşağın diri yeməsi onun ağız funksiyalarının inkişaf etdirməsi baxımından çox vacibdir. Bununla yanaşı körpə diri yemədiyi zaman, anidən ağzına diri qida getsə onu dərhal çıxaracaq.
6 aydan sonra qatı yeməklər az formada uşağa verilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1