Dil:
Azərbaycanca
Bamiyə toxumunun faydaları
17 Sentyabr 2018 18230Bamiyə yaşıl çiçəkli bitki növüdür. Sağlamlıq cəhətdən də faydalıdır. Mütəxəssislər, bamiyə toxumunun da insan orqanizmi üçün faydalarının bol olduğunu qeyd ediblər. Buna səbəb isə tərkibindəki potasium və C vitaminidir.
Anti stress xüsusiyyəti – Bu, siçanlar üzərində aparılan təcrübələr əsasında məlum olub. Uzunmüddətli yüksək stress, qan şəkəri səviyyələrinin yüksəlməsinə səbəb ola bilər. Ruh sağlamlığının müsbət olması, diabet xəstəliklərinin qarşısının alınmasına səbəb olur.
K vitamini ilə zəngindir. B vitamin sümüklərin güclənməsinə səbəb olur. Qırıqlar zamanı effektlidir.
Şiş hüceyrələrinin inkişafının qarşısını alır.
Qaraciyəri qoruyur. Bu toxumlar mütəmadi şəkildə istifadə edildiyi zaman qaraciyəri qoruyur.
Həmçinin ürək sağlamlığı üçün effektlidir.
Bağırsaq xərçənginin qarşısını alır. Yeməklərinizə bamiyə toxumu əlavə edərək bağırsaqlarınızı qoruya bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1