Dil:
Azərbaycanca
Balqabağın faydaları
08 May 2020 16662Balqabaq çəyirdəyinin yararları çiy olaraq və ya şirniyyatların içərisində qəbuluna görə dəyişir. Tərkibində sink, dəmir və bir çox minerallar mövcuddur. Bu da qan dəyərlərinin yüksəlməsinə kömək edir. Qadınlarda erkən klimaks riskini azaldır.
Bəs digər faydaları nədir?
Xərçəng riskini azaldır
Təbii antioksidantdır.
Vücuddan toksinləri atır
Qocalmağın gecikdirilməsində effektlidir.
Ürəyinizi balqabaq tumu ilə qoruyun – qan şəkərini aşağı salır. 2-ci tip diabet xəstələrinə xüsusilə tövsiyə olunur.
Qan şəkərini azaldır
Qan təzyiqinin qarşısını alır
Yaxşı xolesterini artıraraq ürəyin yükünü azaldır.
Prostat və sidik kisəsinin sağlamlığını yaxşılaşdırır
İnsanlar üzərində aparılan bir neçə tədqiqatlar göstərmişdi ki, balqabaq tumunun istifadəsi prostat və sidik kisəsi ilə bağlı probemlər zamanı da kömək edir.
Hamiləlik zamanı vacibdir
Tədiqatlara əsasən, orqanizmdə sinkin səviyyəsi aşağı olduqda, bu, doğuşla bağlı hormonlara mənfi təsir göstərir və adətən onun miqdarının artırılması məsləhət görülür. Bu baxımdan tərkibində çoxlu sink olan balqabaq tumu kifayət qədər xeyirlidir.
Bir stəkan balqabaq tumu gündəlik sink, dəmir və E vitamini ehtiyacınızın hamısını, yarım stəkan balqabaq tumunu isə gündəlik maqnezium ehtiyacınızın hamısını qarşılayır.
Omeqa 3 və omeqa 6 beyin funksiyalarının fəaliyyətinə kömək edir. Həmçinin zehni inkişafa müsbət təsir edir.
Doymamış yağ nisbəti yüksək olduğundan qandakı triqliserid salır, yəni xolesterin probleminin həll edilməsinə kömək edir.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1