Dil:
Azərbaycanca
Bahar təmizliyi edənlərə xəbərdarlıq – Zəhərlənə bilərsiniz
04 Aprel 2018 10089Havaların isinir. Bu zaman isə qadınlar evlərdə təmizliyə daha çox zaman ayırırlar. Ancaq təmizlik zamanı özünüzü zəhərləməyin. Bu barədə mütəxəssislər insanlara xəbərdarlıq ediblər.
Buna səbəb isə kimyəvi maddələrdən istifadədir.
Yağ, kirəc sökücü üçün istifadə edilən kimyəvi maddələr isə daha çox təhlükə saçır. Belə məhsullardan istifadə zamanı otağın havalandırılması çox mühümdür.
Uşaqlar isə belə ortamlardan uzaq saxlanılmalıdır.
Nəzərinizə çatdıraq ki, təmizləyicilərin artığı içilən su ilə qarışır.
Belə məhsullarda olan zərərli maddə yayılır və örtülü məkanlarda daha zərərli hala gəlir.
Kimyəvi vasitələrdən istifadə zamanı mütləq şəkildə əlcəklərdən istifadə edilməli, bol maye qəbul edilməlidir. Ağız nahiyəsinə isə çox yaxın buraxılmalı deyil. Əks halda bu da insanı zəhərləyə bilər.
Uşaqlar isə ortamdan uzaq tutulmalıdır. Çünki azyaşlıların ağciyərləri kiçik və daha tam inkişaf etmədiyindən bu zəhərli maddə onlara pis təsir edə bilər.
Zəhərlənmə hiss etdiyiniz anda isə təcili havaya çıxmalı və həkim çağırılmalıdır.
Mütəxəssislər bu kimi problemlərin yaşanmaması üçün keyfiyyətli təmizləyicilərdən istifadə etməyi tövsiyə edirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1