Dil:
Azərbaycanca
Böyrək daşı
30 Aprel 2020 12389Böyrək daşı nə üçün yaranır?
Böyrək daşı adətən idrarın, sidik yollarına keçmədən öncə toplandığı böyrəyin orta qismində meydana gəlir. Sidikdəki kalsium və ürik asit kimi məlum maddələrin kristallaşması nəticəsində meydana gəlir. Kiçik daşlar hansısa problemə səbəb olmadan vücudu tərk edər. Böyük daşlar isə sidik yollarında zədələrə səbəb olur. Şiddətli ağrı ortaya çıxar və sidik yollarını bağlayar. Böyrək daşları daha çox gənc və orta yaşlı insanlarda müşahidə edilir. Kişilərdə qadınlara nisbətdə daha çoxdur.
Böyrək daşları hansı səbəbdən yaranır?
Sidik yolu infeksiyası
Böyrəkdə quruluş pozğunluqları
Böyrək xəstəlikləri
Kifayət qədər maye qəbul etməmək
Düzgün qidalanmamaq
Bəzi dərmanlar
Bəzi bağırsaq xəstəlikləri
Bağırsaq əməliyyatları
Genetik faktorlar
Bəs əməliyyatı hansı üsulla aparılır?
Vücud xaricindən dalğalarla daş qırma üsulu – Bu üsul daha çox böyrəkdəki 2 sm-dən kiçik daşlar və üst sidik kanalındakı daşlar üçün tətbiq olunur.
Əksər zaman xəstəyə narkoz vermədən tətbiq edilir.
Əməliyyatın uğurlu keçməsi isə daşın növünə, sərtliyinə, böyüklüyünə və sidik yolunda yerləşdiyi yerə görə dəyişir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1