Dil:
Azərbaycanca
Bir qrup tədqiqatçılar müəyyənləşdiriblər ki, ağız boşluğu gigiyenasına laqeyd münasibət, həmçinin stomatoloji xəstəliklərin vaxtında müalicə edilməməsi onkoloji xəstəliyə gətirib çıxara bilər.
Elmi araşdırmalar onu göstərib ki, ağırlaşmış parodontit və orqanizmdə bədxassəli şişlərin əmələ gəlməsi bir-birilə əlaqəlidir. Qeyd etmək lazımdır ki, parodontit dişləri saxlayan toxumaların zədələnməsidir. Alimlərin sözlərinə görə, bu risk yalnız ahıl yaşlarda yaranır. Gənclər üzərində buna dair təcrübələr aparılmadığından bir mənalı qərar vermək olmaz.
Elmi araşdırmanın praktik hissəsində alimlər otrta yaşı 68 olan 65 000-dən çox insanın anamnezini tədqiq ediblər. Onlar ilk növbədə diş və damaqların vəziyyətini analiz ediblər. Tədqiqatların nəticəsinə görə, parodontitdən əziyyət çəkən insanlarda xərçəng yaranma riski 14% çox olub.
Alimlər bunu belə izah edirlər – qida borusu ağız boşluğuna yaxın hissədə yerləşir, beləliklə, bütün patogen orqanizmlər (stomatoloji xəstəliklər zamanı onların sayı xeyli dərəcədədir) mədə-bağırsaq traktına düşür və bədxassəli şişlərin yaranmasına səbəb ola biləcək proseslərə təkan verir.
Bundan başqa, qeyd olunur ki, ağız boşluğunda yerləşən bəzi bakteriyalar hətta az miqdarda belə iltihabi proseslərə səbəb ola bilər ki, onlar da öz növbəsində onkoloji xəstəliklər yarada bilər. Əlbəttə ki, təkcə parodontit xərçəngə səbəb olmur. Bunun üçün digər etioloji faktorlar da, o cümlədən, insanın yaşı, immun sistemin vəziyyəti və həyat anamnezi nəzərə alınmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1