Dil:
Azərbaycanca
Ayaqlarınızdakı problemlərdən sirkəsli su ilə xilas olun
22 May 2018 8948Ayaqlarınızda həm sağlamlıq cəhətdən, həm də estetik cəhətdən narahat edən qüsurlarınız varsa bunları dərd etməyin. Təqdim edəcəyimiz üsulla sağlam görünüşə qovuşacaqsınız.
Ayaqları narahat edən ən böyük problemlərdən biri göbələkdir. Sirkə içində yer alan asidik maddə sayəsində göbələkdən və səbəb olduğu problemlərdən xilas ola bilərsiniz.
Dərini qüsursuz edir. Təmiz dəriyə sahib olmaq istəyirsinizsə mütəmadi olaraq sirkəli sudan istifadə edə bilərsiniz. Sirkəli su ölü hüceyrələrdən xilas olmağınıza kömək edər.
Ziyillərin yaranmasının qarşısını alar. Bu isə estetik cəhətdən mənfi görünüşlərin qarşısını alar. Bunun üçün pambığı sirkəli suya batırın və döyənək, ziyillərin üzərinə çəkin.
Yanlış ayaqqabı seçimi zamanı ortaya çıxan döyənəklərin müalicəsində sirkəli su qarışımı ən effektiv üsullar arasında yer alır. Almalı sirkə ilə ilıq su qarışımının içində ən az 20 dəqiqə ərzində ayaqlarınızı saxlaya bilərsiniz.
Həddindən çox tər, yanlış ayaqqabı istifadəsi nəticəsində yaranan ayaq qoxusunun qarşısını sirkəli su ilə ala bilərsiniz.
Ayaqlarınızda müxtəlif faktorlardan qaşıntılar yarana bilər. Bunun üçün isə ən yaxşı üsul alma sirkəsidir. Ayaqlarınızı almalı sirkə qarışımının içində 20 dəq saxladıqdan sonra qurulaya bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1