Dil:
Azərbaycanca
Ayaq şişkinliyinin qarşısını necə almalı? – Reseptlər
13 Aprel 2018 16292Ayaq şişməsi çox rastlanılan vəziyyət olsa da xəstəlik sayılmır.Ayaq şişməsi fərqli səbəblərlə meydana gələ bilər.
Uzunmüddət ayaqda qalmaq, hərəkətsiz olmaq ayağın şişməsinə səbəb ola bilər. Əgər bu şişkinlik bir neçə gün ərzində keçmirsə həkimə müraciət etməyiniz məsləhətdir.
Evdə edəcəyiniz bəzi üsullarla ayaq şişməsini azalda bilərsiniz.
Ayaqlarınızı yuxarı qaldırın – bu zaman qan axıntısının ayaqlara gəlməsinin qarşısı alınır və bu zaman şişkinliklər azalır.
Buz müalicəsi – burxulma zamanı yaranan şişlərdə daha effektivdir. Buzu dəsmala büküb şiş olan yerdə gözlədin. Bu iltihablaşmanın da qarşısını alacaq.
Ayaqları duzlu suda saxlayın – Duz içərisində olan sulfat ilə əzələlərinizin rahatlanmasını təmin edəcək. Yarım vedrə suya bir fincan duz əlavə edin və yaxşıca qarışdırın. Ayaqlarınızı su içərisində 15 dəqiqə gözlədin.
Düzgün qidalanın – Qidalanmağınızda maqnezium tərkibli qidalara yer verin. Sodium tərkibli qidalardan uzaq durun. Gündə 2 litr su için. Su vücudunuzda olan zərərli maddələri bədəninizdən atmağa kömək edəcək.
Nanəni suda yaxşıca qaynadın və dayana biləcəyiniz qədər isti suda ayaqlarınızı yuyun. Sonra soyuq nanə suyu ilə yenidən ayaqlarınızı yuyun.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1