Dil:
Azərbaycanca
Autizm xəstəliyinin əsas əlamətləri
04 Aprel 2018 10630Autizm xəstəliyi uşağın ilk 3 ilində nəzərə çarpır. Bəzi valideynlər uşaqda olan inkişaf əksikliyini daha tez də anlaya bilər.
Ömür boyu davam etdiyi üçün erkən diaqnoz çox vacibdir.
Araşdırmalara görə, autizm xəstəliyi keçmişdə günümüzdəki qədər çox rastlanmırdı.
Son zamanlar bu xəstəliyə tutulanların sayında artım müşahidə edilib.
Əgər uşağınız:
– Göz təması qurmursa ya da yalnız öz istədiyi zaman qurursa;
– Səsləndiyi zaman baxmırsa;
– 1,5 yaşda hələ də danışmırsa və ya öncədən bəlli sözləri olsa belə sonradan bunları unudursa;
– Ancaq öz istədiyi zaman bir-iki kəlmə danışırsa;
– İşarət barmağı ilə bir şeyi göstərə bilmirsə;
– Hansısa əl hərəkətlərindən istifadə etmirsə;
– Ancaq bir oyun növünü oynayırsa;
– Mütəmadi olaraq işığı açıb-bağlamaq kimi vərdişləri yaranırsa;
– Jest və mimikalardan istifadə etmirsə;
– Gərəksiz yerə ağlayır və ya gülürsə mütləq mütəxəssis yanına müayinəyə getməlisiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1