Dil:
Azərbaycanca
Asan hamilə qalmaq üçün nələr edilməlidir?
12 Aprel 2018 20289Sağlam cütlərin uşaqlarının olması üçün doğru zaman və doğru qidalanmaq mütləq şərtlərdən biridir.
Hamiləlik üçün ən uyğun zaman qadının menstruasiyasından sonrakı iki həftədir.
Bəs daha asan hamilə qalmaq üçün nə edilməlidir?
Həmin yolları təqdim edirik:
Qorunmamalı – Qorunma üsulunu buraxdıqdan sonra 0-3 ay ərzində hamilə qalına bilər. Spiral və ya hamiləlikdən qoruyucu həblər içilmədiyi zaman 3-4 ay müddətində də hamilə qalmaq mümkündür.
Mütəmadi cinsi münasibət gərəklidir. Həkimlər bunun həftədə 2 və ya 3 dəfə mühüm olduğunu bildiriblər. Araşdırılmalara görə cinsi münasibət quran qadınların 70 faizi 6 ay ərzində hamilə qalıb.
Hüceyrələrin yenilənməsi, spermaların keyfiyyətini və sayısını artırmaq üçün qida əlavələri qəbul edilməlidir. Xüsusilə də hüceyrələrin yenilənməsi üçün E vitamini, sperma keyfiyyəti üçün C vitamini, sayısı üçün isə seleniumun qəbulu mütəxəssislər tərəfindən tövsiyə edilir.
Kafeindən uzaq durulmalıdır. Araşdırmalara görə kafein hamilə qalma ehtimalını aşağı salır.
Cinsi münasibətdən sonra qadın bel üstdə yatmalıdır.
Ayaqda durmaq hamilə qalmağı çətinləşdirir.
Kişilər dar paltarlar geyməməlidir. Bu müddətdə kişilərin dar şalvar geyməməsi qadının hamilə qalma ehtimalını artıracaqdır.
Cütlüklər uzun müddət yüksək istiliyə məruz qalmamalıdırlar. Sauna ya da isti su ilə duş qəbul etmək hamiləlik ehtimalını aşağı salır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1