Dil:
Azərbaycanca
Artıq maye həyat üçün təhlükəlidir
04 Yanvar 2018 22997Heç kimə sirr deyil ki, adi təmizlənmiş su orqanizm üçün ən faydalı içki sayılır. Lakin bu yaxınlarda alimlər müəyyənləşdiriblər ki, bu mayenin həddindən artıq qəbul olunması orqanizmdə bir sıra ciddi problemlərə, hətta erkən ölümə səbəb ola bilər. Mütəxəssislərin sözlərinə görə, bəzi hallarda çox miqdarda mayenin qəbulu normaldır. Məsələn, əgər insan idmanla məşğul olursa və ya işi həddindən artıq fiziki aktivliklə bağlıdırsa, bu zaman sutkalıq normadan 0.5-1 litr artıq maye qəbulunun heç bir problem yoxdur.
Bununla belə, sudan sui istifadə həyat üçün təhlükəli problemlər yarada bilər. Xüsusən hər hansı xəstəlik zamanı gündəlik normaya diqqət yetirmək lazımdır. Su izafiliyinin neqativ mahiyyəti ondan ibarətdir ki, orqanizmdən duzun intensiv yuyulub çıxarılması ehtimalını artırır. Məlum olduğu kimi, bu maddə bir çox həyati əhəmiyyəti olan proseslərin tənzimlənməsində iştirak edir. Bundan başqa, baş-beyin toxumalarının şişmə riski artır. Bu cür pozuntular qıcolma, şüur pozulması və ya komatoz vəziyyət yarada bilər.
Bundan başqa, özünümüalicə kimi çoxlu mayenin qəbulu müxtəlif problemlər, xüsusən də ürək-damar sistemi orqanlarında problemlər yarada bilər ki, bu da öz növbəsində erkən ölüm riski yaradır.
Mütəxəssislər qeyd ediblər ki, kişilər üçün sutkalıq su norması 3.5 l, qadınlarda isə bundan bir litr azdır. Bununla yanaşı, onu da unutmaq olmaz ki, orqanizmdə maye çatışmazlığı da sağlamlıq üçün ziyandır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1