Dil:
Azərbaycanca
Arıqlamağa çalışan zaman ən çox edilən yanlışlar
17 May 2018 8603Qış ayında yeyilən qidalar yaz ayında əridilməyə çalışılır.
Bu barədə Türkiyəli diyetoloqlar vacib məqamları açıqlayıblar.
Arıqlamaq çayları – Marketlərdə satılan arıqlamaq çaylarından uzaq durun. Çünki belə çayların əksəriyyəti həm arıqlatmır, həm də bununla yanaşı böyrəklərinizi yoraraq sağlamlığınıza zərər verir. Sadəcə çay içmək sizi 7 sm kimi incəldə bilməz.
Ac qalın mədəm kiçilsin – Günün ən vacib ancaq əksər zaman yeyilməyən yeməyi məhz səhər yeməyidir. Yatan zaman hərəkətsiz və aclıqdan sonra maddələr mübadilənizin sürətlənməsi sizin enerjinizi aşağı sala bilər. Bu enerjini bərpa etmək üçün səhər yeməkləri mütləq şəkildə yeyilməlidir.
Həm də nəzərinizə çatdıraq ki uzunmüddət yeyilməyən yemək birdən yeyildiyi zaman yağa çevrilərək çəki yaradar.
Su içmək – Bu çox doğrudur, çünki insan həyatının əsas təməlidir. Həmçinin su maddələr mübadilləsini sürətləndirər. Daha sürətlə arıqlamağınıza kömək edər.
Ancaq belə zamanlarda edilən yanlış 1 litr suyu birdəfəlik içməyə çalışmaqdır. Çünki gərəkli olan bu su gün ərzində içilməlidir. Gündə ən azı 8-10 stəkan su içilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1