Dil:
Azərbaycanca
Ağrıkəsicilər doğru istifadə edilir?
25 İyun 2020 14045“Bir dərman içim başımın ağrısı keçsin”, “ Bu dərman təsir etmədi, iynə vurdurum” və s kimi cümlələr çoxlarına tanışdır. İlk olaraq sadə görünən bu cümlələr əslində insan sağlamlığı üçün kifayət qədər təhlükəlidir. Ağrıkəsicilərin həkim tövsiyəsi olmadan qəbul edilməsi böyük problemə yol aça bilər.
Ağızdan qəbul edilən dərman ən ağrısız və zəhmətsiz yoldur.
Ağrıkəsici dərmanlar təsir müddətinə görə 3 qrupa ayrılır. Xəstənin şikayətlərinə, ağrının şiddətinə görə həkim tərəfindən qərar verilir. Resept, dərmanların əks təsirləri nəzərə alınaraq yazılır.
Miqdarı isə xəstənin vəziyyəti araşdırıldıqdan sonra təyin edilir. Bu səbəbdən bir insan üçün təyin edilən miqdar digər pasiyent üçün uyğun olmaya bilər.
Ağrıkəsicilər ağrı gəldikcə qəbul etmək formasında deyil, mütəmadi fasilələrlə içilməlidir.
Bu növ dərmanların ağrı ortaya çıxdığı zamanı istifadə edilməsi yol verilən əsas səhvlərdən biridir. Xroniki xəstələr ağrının o an üçün varlığına nəzər yetirmədən mütəmadi qəbul etməlidirlər.
Ən çox edilən əsas səhvlərdən digər biri isə dərmanın səhər, günorta, axşam olaraq qəbul edilməsidir. Dərman qəbulunu belə bölmək düz deyil çünki aralarda keçən saatlar bərabər deyil. Bunun əvəzinə gün ərzində içilməsi gərəkli miqdar qəbul edilməlidir. Bu daha təsirli və effektiv olacaqdır.
Həmçinin çox məcbur qalmadıqca eyni tərkibli dərmanlar eyni anda qəbul edilməməlidir. Eyni tərkibli dərmanı 4 saatdan tez qəbul etmək doğru deyil. Bu, zəhərlənməyə yol aça bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1