Dil:
Azərbaycanca
5 yaşdan sonra uşağınıza bu müayinələri keçirin
17 İyul 2018 9513Uşaqların iki yaşına qədərki müayinələri daha əsasdır. Boy, çəki göstəriciləri nəzarətdə saxlanılmalıdır.
Əgər hər şey normal gedərsə, 5 yaşdan sonra uşaqda hansısa xəstəlik zamanı müəyyən müayinələr aparılmalıdır.
Mütəxəssislər isə bəzi valideynlərin diqqət yetirmədiyi müayinələrin uşaq sağlamlığı üçün vacib olduğunu diqqətə çatdırıblar.
Diş müayinəsi – Hər uşaq məktəb öncəsi zamanında mütləq şəkildə ən az bir dəfə diş həkiminə aparılmalıdır. Diş çürükləri müalicə edilməlidir. Məktəb öncəsi ağız və diş sağlamlığı, ürək-damar xəstəlikləri yoxlanılmalıdır. Bu xəstəliklərin müalicəsində ağız sağlamlığının mühüm rolu vardır.
Eşitmə testi – Uşaqlarda yüngül dərəcədə eşitmə azlığı əksər zaman hiss edilmir. Tənəffüs yolu infeksiyalarından yüksək mahnı dinləmək vərdişlərinə qədər bir çox faktor eşitmə problemlərinə yol aça bilər. Bu səbəbdən xüsusilə 5 yaşdan sonra eşitmə testləri yoxlanılmalıdır.
Xolestrol uşaqlarda görülə bilən sağlamlıqla bağlı problemlər sırasındadır. Genetik olaraq düzgün qidalanmamaq, ara yeməklər yemək vərdişləri 9 yaşdan etibarən damarlara ciddi zərərlər vura bilər. Genetikada bu problemi yaşayan insanlar 2yaşdan etibarən uşaqlarda müəyyən analizləri yoxlatmalı,az yağlı qidalar verilməlidir. Əgər xolestrola nəzarət edilməzsə gələcəkdə ürək-damar xəstəlikləri baş verə bilər.
Göz müayinəsi – Hər dörd uşaqdan birində göz xəstəlikləri müşahidə edilir. Yaranan bəzi problemlərin erkən diaqnozu səbəbilə 3 yaşdan sonra uşaqlarda göz müayinəsi aparılmalıdır. Bununla da yaranan problem erkən təsbit edilməli və vaxt keçmədən müalicə aparılmalıdır.
Onurğa əyriliyi yarana biləcək problemlər sırasındadır. Kiçik yaşlardan kompyuter qarşısında uzun vaxt keçirmək, yanlış duruş, ağır bel çantası kimi faktorlar bel, boyun, kürək ağrılarına səbəb ola bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1