Dil:
Azərbaycanca
Proloterapiya nədir?
13 Mart 2018 18817Proloterapiya bir yenilənmə müalicəsi olub, quruluşu pozulmuş, gücdən düşmüş oynaqların, hüceyrələrin, yumşaq toxumaların özünü yeniləməsidir.
Türkiyəli fizioterapevt Elif Berber Menekşe bu prosedur barədə məlumatlar verib.
Onun sözlərinə görə, skeletimiz sümüklərdən yaranıb və bunların üzərində əzələlər var. Sağlam ola bilməyimiz üçün normal onurğaya, əzələyə sahib olmalıyıq. Bunun üçün də həmin sözügedən onurğa, əzələlər doğru nizamda, gücdə olmalıdırlar.
Bu prosedurun təməlində özünü yeniləmək dayanır. Yəni vücudun özü-özünü yeniləməsi üçün təkan verir. Kirəclənmələr (daşlaşma) proloterapiyanın ən çox tətbiq olunduğu xəstəlikdir.
Kirəclənmə oynağın quruluşunu pozur, əlaqələri zədələyir, onurğa aralığında daralma, qığırdaqlarda zədələnməyə səbəb olur. Bu vəziyyətdə oynağı yeniləmək üçün oynaqda vətərlərin və bağlantıların sümüyə toxunduğu xüsusi nöqtələrə və qığırdaq nöqtələrinə özəl proliferan məhlul ilə inyeksiya edilir. Bu inyeksiya nəticəsində vücudun hüceyrələrində yaxşılaşma başlayır və toxumalar əvvəlki vəziyyətinə qayıdır.
Proloterapiya həmçinin çiyində əzələ yırtıqları, menisküs zədələnmələri, təkrarlayan baş, boyun, bel ağrıları, əməliyyat sonrası yaxşılaşmayan yırtıqlar, əl və ayaqda sinir sıxışmaları, boyundan qaynaqlanan baş ağrıları, baş dönmələri, qabırğalarda keçməyən ağrılar və s xəstəliklər zamanı pasiyentin vəziyyətinə görə, dərman, fizioterapiya, idman hərəkətləri və cərrahi müdaxilə kimi bir çox müalicə üsullarının yanında bu proseduru da tətbiq etmək mümkündür.
Qeyd edək ki, bunun üçün həkim göstərişi olmalıdır.
Proloterapiya müalicə üsulunun adıdır. Bu prosedurdan sonra pasiyendə özəl idman hərəkətləri verilir. D vitamini çatışmazlığı varsa, proloterapiyanın təsirliyi baxımından verilir.
Azərbaycanda isə bununla yeganə həkim məşğul olur ki, bu da həkim nevroloq Sevinc Həmidovadır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1