Dil:
Azərbaycanca
Üz dartma əməliyyatını kimlər etdirə bilər?
01 Mart 2018 15478Üz dartma əməliyyatı, bütün estetik əməliyyatlar içində ən böyük dəyişim yaradan əməliyyatdır. Əgər güzgüyə baxdığınızda özünüzü yaşlı hiss edirsinizsə sizin üçün ən doğru seçim üz dartma olacaq.
Tətbiq etməzdən öncə səhhətin vəziyyəti, siqaretdən istifadə, yaş, cinsiyyət, üzünün qocalma dərəcəsi, sümüyün quruluşu mühüm rol oynayır.
Bu səbəbdən hər xəstə üçün müxtəlif prosedurlar tətbiq edilir. Bəzi xəstələrdə boyun, çənə müalicəsi, göz qapağı əməliyyatı da əlavə oluna bilər.
Göz altında yaranan çuxurlar, qırışıqlıqlar səbəbilə pozulan çənə xətti, boyundakı yağlanma üz dartma əməliyyatının hədəf nəhiyyələridir.
Bu zaman ehtiyyatlı olmaq vacibdir. Əks təqdirə üz çox dartılar və pis iz buraxar. Dəri qırışıqlarının çox olmadığı nahiyyələrdə üz dartma əməliyyatı uğurlu alınar.
Üz dartma əməliyyatları 4-6 saat arasında davam edə bilər. Bu müddət sizə uzun gəlib qorxutmasın. Əgər qalıcı və uzunmüddətli təsirə malik üz dartma əməliyyatı istəyirsinizsə bunun dərin plan əsasında həyata keçirilən bir əməliyyatla mümkün olduğunu bilməlisiniz.
Üz dartma əməliyyatından sonra ilk 3 gün, üzünüzdə şişliklər yarana bilər, bununla bərabər göyərmələr də baş verə bilər. İlk həftə içərisində tikişlər söküləcək. 7-10 gün içində şişliklər, göyərmələr itəcəkdir.
Üz dartma əməliyyatından sonra qanama, yara yerlərində iltihab, infeksiya, sinirlərdə zədələnmə kimi problemlər yarana bilər.
Əgər ümumi sağlığınız yaxşıdırsa, üz dartma əməliyyatı üçün yaş həddi yoxdur. Ancaq ideal yaş isə 45-dən başlayır. Bu səbəblə 50 yaş üz dartma əməliyyatı üçün ən ideal yaşdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1