Dil:
Azərbaycanca
Uşaqlarda çox müşahidə edilən diş problemləri hansılardır?
01 Mart 2018 13868Valideynləri düşündürən və narahat edən mövzulardan biri uşaqlarının dişlərinin çürüməsidir.
Diş və ağız gigiyenası kiçikkən başlanılmalıdır.
Çürük – Uşaqlarda çürüyün yaranmasının əsas səbəbləri ballı süd, hazır qidaların uzunmüddət dişlərdə qalmasıdır. Bundan əlavə kifayət qədər fırçalamamaq, düzgün qidalanmamaq da buna təsir edir.Dişlərdəki çürük təmizlənərək plomb qoyulur.
Qırıq – Dişin qırılan hissəsi itməyibsə həkimə aparılmalıdır. Qırıq parka dişə bərkidilir.
Diş çəkimi – süd dişləri pis vəziyyətdədirsə çəkilməlidir. Bəzənsə qalıcı dişlər çıxmaq istəsə də süd dişlərinə görə özlərinə yer tapa bilmir. Dişlərin düzgün çıxması üçün süd dişləri bəzən sağlam olsa da, özü laxlamasa da çıxarılır.
Süd dişləri çənənin inkişafı üçün vacibdir. Dişləri çəkilən uşaqlarda çənələr çökər, və inkişafda problem olar. Dişlər danışmaq üçün gərəklidir. Xüsusilə də danışığın öyrənildiyi zamanlarda ön süd dişlərinin əksik olması f, v, s, t hərfləri vərdiş halına gələrək ömür boyu yanlış tələffüz edilməsinə səbəb olur.
Bu səbəbdən uşaqların diş müayinəsinə zamanında gətirilməsi vacibdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1