Dil:
Azərbaycanca
Hamilələrə xəbərdarlıq: Bu vərdişlərə diqqət edin
23 Fevral 2018 15442Hamiləlik qadınlar üçün zəhmətli, sevimli keçən 9 aydır. Təbii ki, bu müddətdə geyimdən tutmuş qidalanmağa qədər xüsusi diqqət göstərilməlidir.
Türkiyəli ginekoloq Umut Dilek hamiləlik zamanı edilməsi mühüm olan vərdişləri diqqətə çatdırıb.
Onun sözlərinə görə, yaz ayı ilə müqayisədə qış zamanı hamiləlik daha çətin olur:
“Qapalı məkanlarda havadamcı yolu ilə infeksiyalara yoluxmaq riski yüksəkdir. Həmçinin qışda günəş az göründüyü üçün D vitamini əksikliyi yaranır. Əhvalın da tez-tez dəyişməsi məhz bu mövsümə təsadüf edir. Meyvə və tərəvəzləri yemək çox mühümdür. Mövsüm meyvələrini yemək bu zaman yaranan qəbizlik probleminin də qarşısını alır. Balığın omega olduğunu nəzərə alsaq həftədə bir dəfə buğlama və ya qızartma olaraq yeməyiniz tövsiyə edilir”.
Bu mövsümdə əksər zaman hamiləliyə dəmir əksikliyi ilə başlanıldığı üçün həkimin tövsiyəsi ilə dəmir əlavəsi alınmalıdır. Meyvə və tərəvəzlərlə əldə edilə c vitamini, dəmir vitamininin bağırsaq vasitəsilə yaxşı sovrulmasına yardım edir. Süd və süd məhsulları dəmirin sovrulmasını azaltdığı üçün eyni anda istifadə etməyin.
Gündə yarım saat ərzində gəzintiyə çıxın. Havanın xoş olduğu zamanlarda hətta bir saat ərzində gəzintiyə çıxsanız bu sizə faydalı olacaq.
Yüngül idman hərəkətləri ilə məşğul olmaq qış hamiləliyin əsas göstəricilərindəndir.
Kifayət qədər otaq havalandırılmadığı zaman tənəffüs yolu ilə yoluxan viruslar artır. Əl təmizliyinə isə xüsusilə diqqət yetirmək lazımdır.
Qış aylarında yunlu, pambıqlı yüngül geyimlər seçilməlidir. Ayaqları isti saxlamaq əsas şərtdir. Soyuqdan qorunmaq üçün yun corabı seçsəniz yanılmazsınız. Dabanı rahat, sürüşməyən ayaqqabı isə qış hamiləliyinin əsas seçimlərindəndir.
Kirli, siqaret çəkilən ortamlardan uzaq durmaqda fayda var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1