Dil:
Azərbaycanca
Qrip deyil, səbəb olduğu xəstəliklər öldürür
19 Fevral 2018 15334Qrip yaşlılarda, uşaqlarda və xronik xəstəlikləri olanlarda qulaq iltihabı, sinüzit, sətəlcəm, beyin və əzələ iltihabı kimi xəstəliklər yarada bilər.
Qrip hər il dünyada 600 milyon insana mənfi təsir edir. Bütün yaş qruplarında , xüsusilə də uşaq və yaşlılarda ağır yaşanan qrip, digər ciddi xəstəliklərin də yaranmasına səbəb olur. Xəstəliklər, viruslar yolu ilə insanlara yoluxur və tənəffüs sisteminə təsir edir. Bu vəziyyət hər il təxminən 500 min insanı təhlükə altına salır.
Türkiyənin Memorial Kayseri xəstəxanası mütəxəssisi Murat Apaydın, insanların fikirlərini qarışdıran soyuqdəymənin qriplə arasında olan fərqlər barəsində məlumat verib.
Soyuqdəymə qripə görə daha qısa çəkir. Sadəcə soyuqlama zamanı virus tənəffüs yollarına təsir edən və çox ağır keçməyən xəstəlikdir. Qrip qədər səhhət üçün qorxulu deyil. Buna baxmayaraq şikayətləri qripə görə daha çoxdur.Əlamətləri də qrip ilə qarışdırılır. Adətən özünün sağalma müddəti vardır.
İnsan vücudu funksiyalarını yerinə yetirə bilməsi üçün 36.5 dərəcə istilikdə olmalıdır. Orqanizm istiliyi ətraf mühitin havası ilə daima mübarizə aparır. Soyuq havalarda isə bəzən bu dərəcə daha da aşağı enir. Bu isə maddələr mübadiləsinə mənfi təsir göstərir. Yaranan vəziyyət isə üşütmək olaraq adlandırılır. Üşütmək isə xəstəliyin yaranması üçün şərait yaradır. Qripin qarşısı alınmassa qulaq iltihabı yarana bilər. Payız və mart aylarında insan vücudu daha çox təhlükə altındadır. Qrip beyin və əzələ iltihabı, meningit, farengit kimi ciddi xəstəlikləri yarada bilər.
- Ən əsası əl təmizliyidir. Əllər tez-tez yuyulmalıdır. Bol su və sabun ilə iki dəqiqəlik yumaq, qrip mikrobunun yoluxma riskini mühüm dərəcədə azaldır.
- Evdə yaşayan bütün insanlar da əl təmizliyinə diqqət etməlidirlər. Əllər bir müddət yuyulmadıqda isə üzə, ağıza, gözlərə toxunulmamalıdır.
- Əllərin dəydiyi dəzgahlar, hamam, mətbəx təmizlik məhsulları ilə təmizlənilməlidir.
- Bu həm hamilə qadınların, həm də digər insanların yerinə yetirməsi vacib olan qaydadır.
- Düzgün qidalanaraq da qripdən qoruna bilərsiniz.
- Bunun üçün maddələr mübadiləsini gücləndirib xəstəliklərdən qorunmaq üçün düzgün qidalanmaq vacibdir.
- Kifayət qədər kalori qəbul edilməlidir.
- Mövsüm meyvə və tərəvəzlərdən yeyilməlidir.
- Spirtli içki və siqaretdən uzaq durulmalıdır. Yağlı qidalar azaldılmalı, şəkərdən, hazır qidalardan maksimum az istifadə edilməlidir.
- Qan şəkəri aşağı düşməməlidir. Düşərsə bu vəziyyət xəstəliklər üçün şərait yaradır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1