Dil:
Azərbaycanca
Müalicə edilməyən diş əti qanaması sümükləri əridir
19 Fevral 2018 26559Müalicə edilməyən diş əti qanaxmaları dişlərin laxlaması və ağız xəstəlikləri ilə nəticələnə bilər.
Diş əti qanaması cəmiyyətdə olduqca çox müşahidə edilən ağız problemidir. Əksər zaman diqqət edilməyən və gecikdirilən diş əti qanaması dişlərin tökülməsi ilə nəticələnə bilər. Həmçinin bir çox diş əti xəstəliklərin yaranmasına da səbəb ola bilər. Bu barədə türkiyəli stomotoloq Pertev Kökdemir bəhs edib. Onun sözlərinə görə diş əti qanaması zamanı insanlar ən çox səhvi dişləri fırçalamamaqla edir:
“Diş əti qanasa belə diş təmizliyi edilməlidir. Qorxduqları üçün dişlərini fırçalamaqdan çəkinən insanlar çox böyük səhv edərək problemin daha da böyüməsinə yol açırlar”.
Diş əti, mövcud diş əti iltihabı ilə əlaqədar olaraq və ya hansısa travma səbəbi ilə qanayır. Sağlam dişlər, fırçalanan, diş ipi istifadəsi zamanı qanamamalıdır.
Yaxşı diqqət edillən ağız gigiyenası, mütəmadi dişlərin müayinəsi, diş daşı təmizliyi və diş ətləri müalicəsi aparıldıqdan sonra bu qanaxmaların qarşısı alına bilər. Diş dibləri qanasa belə fırçalamaqdan çəkinmək olmaz. Bu zaman diş daşları daha çox yaranır.
Diş əti xəstəlikləri yaş irəlilədikcə daha çox yarana bilər. Bununla yanaşı, vitamin əksikliyi olan insanlarda, siqaretdən istifadə edənlərdə, stresli həyat yaşayanlarda daha çox bu problemlər yaranır. Həmçinin depressiya və hamiləlik əleyhinə dərman istifadə edənlərdə də diş əti xəstəliklərinə daha çox rast gəlinir.
Diş əti şişibsə, rəngi qırmızıdırsa, qanaması varsa, bəzi müayinələrdən sonra diş əti xəstəliyi diaqnozu qoyula bilər.
Diş daşları diş əti xəstəliklərin əsas səbəbidir. Diş əti üzərində daha çox mikrob toplanır.
Nəzərinizə çatdıraq ki, diş ətlərinin qanaması iltihabın göstəricisidir. Müalicə edilməzsə, bu, dişlərin ətrafında sümüyün əriməsi və dişlərin laxlaması ilə nəticələnə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1