Dil:
Azərbaycanca
Məlum olduğu kimi, immun sistemi orqanizmin onkoloji proseslər yaradan xəstəliktörədici bakteriya və hüceyrələrdən qorunmasında böyük rol oynayır. Bundan başqa, onun bir sıra başqa funksiyaları da var.
Lakin baş beyin immunitet hüceyrələrindən hematoensefalik bayrey vasitəsilə ayrılır. Bu baryer beyni toksik maddələrdən və patologiyalardan qoruyur. Məhz bu səbəbdən uzun illər hesab olunurdu ki, baş beyin və pereferik immun sistemi bir-birilərilə əlaqədar ola bilməz. Lakin son vaxtlar aparılmış tədqiqatlar bu iddianı təkzib edib.
Elmi tədqiqatın birində alimlər 500-dən çox könüllünün qanını epigenetik profillərin olub-olmaması məqsədilə yoxlayıblar. Nəticədə belə profilin mövcudluğu təsdiqlənib və o, bir başa beyin qabığının qalınlığı ilə əlaqədardır, xüsusən, koqnitiv funksiyalara cavabdeh olan zona ilə.
Bundan başqa, müəyyənləşdirilmişdir ki, bu cür genlər qanın immun funksiyasının tənzimlənməsində bir başa iştirak edir.
Hər şeydən əlavə, bu gen beynin emosional hisslərin yadda saxlama prosesinə cavabdehlik daşıyır.
Bu tədqiqatlardan məlum olmuşdur ki, baş beyin strukturu, xüsusən də yaddaş, immun sisteminin vəziyyətini tənzimləyən genlərlə sıx əlaqədardır. Buradan belə nəticəyə gəlmək olar ki, insan immunitetinə təsir göstərən dərman vasitələri beyin xəstəlikləri terapiyasında da faydalı ola bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1