Dil:
Azərbaycanca
Aritmiya özünü ürək ritminin pozulması və ürək döyünməsi ilə biruzə verən patoloji haldır. Monakolu alimlər müəyyənləşdiriblər ki, “Coca-Cola”nın hətta az miqdarda belə müntəzəm qəbulu bu patologiyanın formalaşmasına səbəb ola bilər.
Tədqiqatçıların rəyinə görə, içkinin belə problem yaratmasına səbəb onun tərkibindəki qarğıdalı siropudur. Bu maddə suyun sovrulması prosesini pozur, həmçinin, diareyaya səbəb ola bilir. Bu cür kompleks pozuntular orqanizmin maye itirməsinə səbəb olur, onunla birgə ürək üçün ən vacib sayılan kalium mineralı da bədəndən xaric edilir.
Bundan başqa, “Coca-Cola”nın tərkibindəki kofein də ürək fəaliyyətinə neqativ təsir göstərir. Qarğıdalı siropu kimi, kofein də kaliumun miqdarını azaldır, bu da öz növbəsində ürək əzələsinin yığılıb-açılması prosesini pozur, nəticədə mədəciklərin işində problem yaranır.
Beləliklə, mütəxəssislər tövsiyə edirlər ki, bu içkinin qəbulunu minimuma endirəsiniz və ya ümumiyyətlə, ondan imtina edəsiniz. Bunu hər hansı səbəbdən etmək mümkün deyilsə, “Coca-Cola”nı ayda bir litrdən çox içmək məsləhət görülmür.
Alimlər qeyd edirlər ki, insanlar “Coca-Cola” qəbulu fonunda onlarda aritmiya inkişaf etdiyindən xəbərsiz də ola bilərlər. Bu cür pozuntuya insanın öz ürək döyüntüsünü hiss etməsi, tənəffüslə bağlı problem və sükunət halında belə qeydə alınan təngənəfəslik dəlalət edə bilər. Problem xroniki yorğunluq və yuxusuzluq fonunda daha da ağırlaşa bilər.
Onu da əlavə edək ki, aritmiya tez-tez işemik insult və ürək çatışmazlığı yaradır ki, bu da faciəvi nəticələnə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1