Dil:
Azərbaycanca
Britaniyalı tədqiqatçılar müəyyən ediblər ki, mahnı ifa etməklə (burada söhbət peşəkar sənətçilikdən getmir) psixi pozuntunu aradan qaldırmaq olar. Burada söhbət doğuşdan sonrakı depressiyadan gedir.
Tədqiqatlar göstərir ki, terapiyanın bu qeyri-adi metodu antidepressant və sedativ preparatlardan qat-qat effektlidir. Əsas odur ki, medikamentoz vasitələrdən fərqli olaraq bu, orqanizmin işinə mənfi təsir göstərmir. Onu da nəzərə almaq lazımdır ki, dərman qəbulu körpənin səhhətinə mənfi təsir edir, xüsusən də əgər o, südəmər yaşdadırsa.
Beləliklə, alimlər təcrübə aparıblar – depressiyadan əziyyət çəkən gənc analar üç qrupa bölünüb. Birinci qrup dərnəkdə müğənnilklə məşğul olub, ikinci qrup kreativ oyun dərnəyinə gedib, üçüncü isə sadəcə, həkimlərin tövsiyə etdiyi preparatları qəbul edib. Nəticələr tədqiqatçıların nəzəri ehtimallarını tamamilə doğruldub – ilk altı həftədə müğənnilik dərnəyinə gedən qadınlarda doğuşdan sonrakı depressiya 35% azalıb. Demək lazımdır ki, bu qadınlar medikamentoz vasitələr qəbul etməyiblər.
Onu da əlavə etmək lazımdır ki, kreativ oyunlarla məşğul olan qadınların da vəziyyətində müsbət dinamika müşahidə olunub – kəskin depressiya göstəriciləri 10% aşağı düşüb.
Qeyd olunur ki, bu cür tədqiqatlar depressiya yaşayan, lakin ana olmayan insanlar üzərində də aparılıb və burada da müsbət nəticələr müşahidə edilib. Odur ki, əhvalınız korlanıbsa və depressiya hiss edirsinizsə, sadəcə, xoşladığınız musiqi sədaları altında mahnılar ifa edin. Alimlər sübut ediblər ki, bu, depressiya müalicəsi üçün əla metoddur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1