Dil:
Azərbaycanca
İsveçli alimlər davamlı və irimiqyaslı elmi tədqiqatlardan sonra hansı əlverişsiz şəraitin infarkt kimi xəstəliyə gətirib çıxara biləcəyini müəyyənləşdiriblər. Məlum olub ki, aşağı hava temperaturu ürək-damar patologiyalarının yaranmasına birbaşa təsir edir.
15 il davam edən bu özünəməxsus təcrübədə təqribən 280 min könüllü iştirak edib. Bu elmi təcrübədə mütəxəssislər bir neçə faktora diqqət yetiriblər.
Söhbət meteostansiyaların hava şəraitinə dair proqnozlarından və infarktın bu və ya başqa gün tutma tezliyindən gedir. Məlum olub ki, qış aylarında infarkt hallarına daha çox rast gəlinir.
Bu, onunla izah olunur ki, ilin qeyd olunan dövründə ürək-damar sisteminə təkcə aşağı temperatur deyil, həmçinin, havanın yüksək nəmişliyi, möhkəm əsən küləklər və çoxsaylı yağıntılar da təsir göstərir.
Tədqiqatçılar onu da qeyd edirlər ki, qış dövründə ürək problemlərini cinsindən və yaşından asılı olmayaraq, hər kəs yaşaya bilər.
İnfarkt və sıfırdan aşağı hava temperaturu ilə əlaqə onunla izah olunur ki, qan damarlarının elastikliyi azalır, qan tonusu isə qalxır. Belə hallar əsasən məhz ilin qış aylarında müşahidə edilir. Bu qanunauyğunluqdan xəbərdar olduqdan sonra insanlar ürək tutmalarının qarşısını müstəqil də ala bilərlər.
Bunun üçün müvafiq dərman preparatları qəbul etmək, immuniteti gücləndirmək, həmçinin, fiziki vəziyyəti nəzarətdə saxlamaq, ürək fəaliyyətində azacıq dəyişiklik hiss olunan kimi mütəxəssislərə müraciət etmək lazımdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1