Dil:
Azərbaycanca
Oturaq həyat tərzi, xüsusən də oturaq iş şəraiti ictimai sağlamlığın başlıca problemlərindən biridir. Lakin müasir tədqiqatlar sübut edib ki, hətta masa arxasında minimum hərəkətlər belə neqativ halları aradan qaldıra və metabolizmi sürətləndirə bilər.
Kinezialogiya və qidalanma sahəsində çalışan alimlər hesab edirlər ki, oturaq vəziyyətdə yüngül hərəkətlər belə insanı oturaq həyat tərzinin verdiyi ziyanlardan qurtulda bilər.
Azhərəkətlilik və oturaq iş birmənalı olaraq erkən ölüm üçün risk faktorudur. Hesab olunur ki, erkən ölümlərin 7%-ə qədəri oturaq həyat tərzi üzündən baş verir.
İş masası arxasında oturaq vəziyyətdə keçirilən saatlar sağlamlığımıza ciddi ziyan vurur və təəssüf ki, bu, çox insanın gündəlik həyat tərzidir. Fiziki hərəkətlər oturaq həyat tərzinin neqativ təsirlərindən yaxa qurtarmaq üçün yaxşı vasitədir və gün ərzində sadəcə bir-iki hərəkət etmək bunun üçün yetərli deyil.
Nəzərə alsaq ki, ofisdə iş günü azhərəkətli həyat tərzinin əsasını təşkil edir, alimlər bunun qarşısını almaq üçün son illər bəzi yeniliklər kəşf ediblər. Məsələn, hündür masalı ayaqüstü iş yerləri – şaquli vəziyyət azhərəkətliliyin qarşısnı müəyyən dərəcədə alır.
Alimlər üç müxtəlif vəziyyətdə metabolizmin sürətini ölçüblər: adi masa arxasında oturaq vəziyyətdə, ayaqüstü masa araxasında iş zamanı və xüsusi dinamik pedallar bərkidilmiş masa araxasında iş zamanı. Dinamik pedallar elə də bahalı deyil, onlar masanın alt hissəsinə asılan bir qurğudur – onu həm fırlatmaq, həm də müxtəlif istiqamətlərdə yelləmək olar. Mərhələlərin hər biri 15 dəqiqə davam edib və bu müddət ərzində eksperiment iştirakçılarının ürək ritmini və maddələr mübadiləsinin sürətini ölçüblər.
Alimlər müəyyənləşdiriblər ki, dinamik pedallarla hərəkət edənlərdə metabolizm sürəti adi masada əyləşən insanlardan 17%, ayaqüstü masadan əyləşənlərdən isə 7% artıqdır. Maraqlısı isə odur ki, iş zamanı koqnitiv göstəricilər və əmək qabiliyyəti qətiyyən azalmayıb.
Tədqiqatların nəticələri onu göstərir ki, bu cür fiziki aktivlik daha çox kalori yandırmağa zəmin yaradıb, işçilərin sağlamlığının yaxşılaşdırılmasına müsbət təsir göstərə bilər. Bu sadə hərəkətləri gün ərzində asanlıqla icra etməklə erkən ölüm risk faktorunu azaltmaq mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1