Dil:
Azərbaycanca
Şəkərin yol açdığı xəstəliklər
17 İyul 2018 10947Ta qədim zamandan bu günədək şəkər sağlamlıq cəhətdən müzakirə mövzusu olub.
Aparılan araşdırmalara görə, şəkər tozu xərçəngdən Altsheymer xəstəliyinə qədər bir çox problemlərə yol aça bilər. Bir çox piylənmə xəstəliyinin səbəbi məhz şəkərdən həddindən çox istifadədir.
Qlükoza vücudumuzun əsas şəkəri sayılır. Buna qandakı şəkər də deyə bilərik. Fruktoz isə vücudun enerji ehtiyacını qarşılamaq üçün istifadə etdiyi yüngül şəkərdir. Meyvə, tərəvəzlərdə təbii olaraq mövcud olur. Qlükoza ilə fruktoza yan-yana gəldiyində isə sakkoroz meydana gəlir.
Çox istifadə edildiyi zaman isə vücudda zərərli maddələr əmələ gəlir.
Şəkərin bir sıra növləri vardır.
Qarğıdalıdan əldə edillən, qaynağı nişasta olan şəkər və s. Hər növü isə zərərli hesab edilir.
Təmək qaynağı nişasta olan şəkər, ən çox kartof, qarğıdalı və düyüdən əldə edilir və 1970-ci ildən yaponlar tərəfindən inkişaf etdirilib. Həmçinin təbii şəkər növlərinə görə, 3 qat daha şirindir və təbii olmadığı üçün ən risklisidir. Süfrədə tək olaraq istifadə edilməsə də, bir çox qidaların tərkibində mövcuddur. Xüsusilə də şirniyyatların, meyvəli yoqurt, hazır supların tərkibində daha çoxdur. Bu isə, xərçəng, piylənmə, diabet, qaraciyər yağlanması, ürək-damar xəstəliklərinə səbəb olur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1