Dil:
Azərbaycanca
Ürək əməliyyatından sonra bunlara diqqət edin
30 Avqust 2018 13574Ürək əməliyyatı riskli və çətindir. Ancaq əməliyyatdan sonra bütün işlər bitmiş deyil. Belə ki, sağalmanı sürətləndirmək üçün bir sıra qaydalara riayət etmək vacibdir.
Həmin gərək duyulan işləri təqdim edirik:
Siqareti tərgidin - Bu, bütün sağlamlığı pozan vasitədir. Xəstəlik əsnasında və əməliyyatdan sonra siqareti tərgidən insanların daha tez yaxşılaşdığı müşahidə edilib.
Xəstə ziyarətçilərini məhdudlaşdırın. Bu, xəstəni daha da sıxıntıya salır. Ən əsas məsələ isə infeksiya qapmalarıdır. Bu səbəbdən infeksiyalardan qorunun.
Ağırlıq qaldırmayın, özünüzü yormayın. Ürək əməliyyatdan sonra yuxusuzluq və iştahsızlıq kimi vəziyyətlər rastlanılar bilər. Əməliyyatdan sonra xəstənin ən az altı həftə bel üstə yatması lazımdır.
Varis corabını həkimin məsləhəti ilə istifadə edin. Bu corab, ayaqlarda şişlik yaranmasına maneə olur.
Yara yerinin təmizliyinə diqqət göstərin. Əməliyyat olan bütün xəstələrin ən vacib sıxıntılarından biri də gigiyenik mövzudur. Ürək- damar əməliyyatından sonra bəzi problemlər ortaya çıxa biləcəyi üçün bu nüanslara diqqət etmək lazımdır.
Həkimin tövsiyə etdiyi idman hərəkətlərini edin. Çox ağır və əməliyyat nahiyənizi gücə salmaq olmaz. Gündə 15 dəqiqə ilə başlayıb. Hər gün 5 dəq kimi artıra bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1