Zeynəb Sadıqova hekimtap.az

Zeynəb Sadıqova,Uzm.

Dermatoveneroloq

Uzman

10 il iş təcrübəsi

Bakı

Təhsil

2010-cu ildə Azərbaycan Tibb Universitetini bitirib. Əlavə təhsilini bir çox ölkələrdə alıb (Fransada Manokoda və Nitsada 2 il təhsil alıb).

Kurslar

İranda Behbud xəstəxanasında, Türkiyədə isə Gülhanə Dövlət Xəstəxanasında təhsilini davam etdirmişdir. Azərbaycanda yeganə həkimdir ki, PRP üzrə xüsusi kurslar keçmiş və sertifikat almışdır.
2012-ci ildə Zeynəb xanım "Dünyanı gözəllik xilas edəcək” adlı fəxri media diplomu ilə təltif olunmuşdur.
2015-ci ildə "Mütəxəssis” mükafatına layiq görülmüşdür.
2016-cı ildə isə "İlin zərif həkimi” adına layiq görülüb.

İcra olunan prosedurlar

⇒Qurd xəstəlikləri.

⇒Ödün zondsuz üsulla yuyulması.

⇒Saç tökülməsinin qarşısının alınması və bərpası.

⇒Sağlam şəkildə arıqlama.

⇒Naftalan müalicəsi.

⇒Hacamat.

⇒Hər növ xalların və popilomaların götürülməsi.

⇒Dəri xəstəlikləri.

⇒Demodeksin( gənə) müalicəsi.

⇒Səpgilər və ləkələrin müalicəsi.

⇒Akne və aknedən sonra qalan çapıqların müalicəsi.

⇒Çopurların və çapıqların aradan götürülməsi.

⇒Bütün növ qırışıqların aradan götürülməsi.

⇒Botox, Gel, Dolğu.

⇒Mezoterapiya ( üz, saç və bədən).

⇒Plazmaterapiya -PRP (saç, üz və bədən).

⇒Çistka (dərinin təmizlənməsi).

⇒Hər növ tatunun pozulması.

⇒Karbon piling.

⇒Microneedling.

⇒Masaj.

⇒Dəri müayinəsi və.s kimi prosedurlar həyata keçirilir.

 

Xəstəliklər müalicəsi

   Hazırda daxili və xarici profilaktik təbii üsullarla müalicələr aparır. İstənilən dəri xəstəliklərinin geniş şəkildə müalicəsi həkim Zeynəb xanım tərəfindən təyin edilir və müalicələri aparılır.
 Demodeks (Gənə) müalicəsi Dəridə olan gənə xəstəliyinin müalicəsi qısa müddətdə heç bir fəsadı, izi qalmadan tam təbii üsulla aparılır. Dəridə olan yağlılığın, qızartılığın, şişkinliyin, qaşınmaların tam müalicəsi. Dəridə olan göbələk xəstəliklərinin aradan qaldırılması.
  Öd və Qaraciyərin yuyulması⇒  Öd möhtəviyyatının təbii üsulla yuyulması, öddə olan selik, çöküntü, qatlaşmanın öd axarı ilə təmizlənməsi.
   Kimyəvi maddələrlə yüklənmiş qaraciyərin təmizlənməsi, xolesterinin azalması, hepatit B, C-nin təbii üsullarla tam müalicəsi. Aparılan müalicələr zamanı digər orqanların da təmizlənməsi həyata keçirilir (dalaq, mədəaltı vəz və bağırsaqların təmizlənməsi). Qaraciyər və öd kisesinin tebii bitkilerle 1 güne yuyulması. Ağrısız, acısız, zondsuz gözlə görüləcək şəkildə tamamən temizlənmə Həkim Zeynəb xanım tərəfindən həyata keçirilir. Müxtəlif növ qurdların müayinə və müalicəsi aparılır.

 Qurd xəstəliklərinin müalicəsi⇒Yuxusuzluq, gecələr tərləmə, nadir hallarda ağızdan su gəlmə, diş qicama, üz qollar kürək nahiyyəsində səpgilərin yaranması və ya ağ ləkələrin olması, qəbizlik, çəki azalması əsəb sisteminin pozulması ve saç tökülməsi v.s kimi xəstəliklərlə rastlaşmısınızsa bunlar parazitlərin əlametidir. Lyamblioz, Bizquyruq, Askarida, Tükbaş qurd, Trixinella, Ankilostomidoz və strongilondoz, Öküz soliteri, Donuz soliteri, Enli lentşəkilli qurd və Lentşəkilli qurdlar qrupuna daxil olan bütün qurdlarin müalicəsi v.s qurdların Həkim Zeynəb xanim tərəfindən tam müalicəsi aparılır" Aparılan müalicələr tam təbiidir heç bir kimyəvi məhsullardan istifadə olunmur" 20 günə  gözlə görüləcək şəkildə təmizlənmə həyata keçir. Onuda qeyd edək ki, Zeynəb xanım Azərbaycanda yeganə həkimdir ki, göz göre-göre qurdu insandan tökür. Zeynəb xanımın apardığı bütün müalicələrdə qısa müddətdə günbə-gün effekt görmək mümkündür

 Ləkələrin müalicəsi⇒  Dəridə olan anadangəlmə və sonradan yaranan piqment ləkələrin və çillərin təbii yolla aparılması. Üzdə və bədəndə olan xalların və papilomaların (ət xalları), kuperozun (damar toru), kiçik ləkələrin izsiz və ağrısız götürülməsi.
   Xüsusi təbii kremlər vasitəsilə dərinin qidalanması, yağlanması və ən dərin qırışların aradan götürülməsi həkim Zeynəb Sadıqova tərəfindən aparılır.
   Dəriyə qulluq edərkən dəri tipinə və yaşa görə uyğun baxım tətbiq etmək əhəmiyyət daşıyır. Bununla bərabər əməliyyatsız sinə böyüdülməsi, qadınlarda və kişilərdə olan buxaqın əməliyyatsız yox edilməsi.
   Saç dibində olan səpkinin, qızartının, qaşınmanın, yağlanmanın, kəpəyin, quru və yağlı sebariyanın tam təbii üsulla müalicəsi və yenidən bərpa edilməsi.
   Aparılan müalicələrdə təbii üsulla olduğu üçün effektiv və keyfiyyətli müalicələr əldə etmək olur. Zeynəb xanımın apardığı müalicələrdə tük folekullarını daha tez inkişafa gətirmək olur.
Çistka (dərinin təmizlənməsi)  Dərinin vakumla təmizlənməsi. Nəticədə dəri təmiz və parlaq olur.
   Təmizlənməyə daxildir: vakum, ozon, opqatqa, buraş, təravətləndirici maska və dorsanval.
  Karbon pilling⇒ Cihaz dəridə olan ləkələri aradan götürür, məsamələri daraldır və dərini təravətli edir. Hər nə qədər "pillinq” sözü soyma mənasını versə də bu prosedurada qətiyyən soyma olmur. Ağrısız və iynəsiz olduğuna görə hər kəsin istifadə etdiyi vasitədir.
Dermobraziya⇒ Mikrodermobiraziya cərrahı olmayan bir metod olub, mexaniki olaraq dəri soyulması prosedurasıdır. Bu aparatın bir çox faydaları vardır. Dermobiraziya dəri üzərinə incə kristalları son dərəcə kanallı şəkildə püskürdən akumla bir cihaz ilə edilir. Bu kristallar dərinin üzərinə tez bir zamanda örtülür və dərinin epidermis adı verilən üst qatından ölü hüceyrələrin olduğu ləkəni soyur. 
   Zeynəb Estetik mərkəzində dermatokosmetoloq Zeynəb xanım tərəfindən ən son model cihaz vasitəsi ilə tatuların silinməsi həyata keçirilir. Bu cihaz Yaponiya istehsalı olan OPTICAL BEAUTY EQUIPMENT-dir. Bu cihaz vasitəsi ilə tatu və piqment ləkələri hətta yayda belə sildirmək olur və tamamilə ağrısız şəraitdə. Bütün prosedur yüksək ixtisaslaşdırılmış aparat vasitəsi ilə aparılır. Cihazın xüsusi başlıqları vasitəsi ilə qara, tünd göy, qırmızı rənglilər üçün olan başlıq ayrıdır. Tatunun lazer vasitəsi ilə silinməsi rənglənmiş maddələrə işıq impluslarının müəyyən təsirindən ibarətdir. İstinin enerjisi boyanı kiçik hissəciklərinə qədər parçalayır, hansı ki, limfatik sistem vasitəsi ilə bədəndən çıxır. Tatunun lazer vasitəsi ilə silinməsinin bir mühüm üstünlüyü ondan ibarətdir ki, tatunun ətrafında sağlam dəriyə zərər vermir. 

Hacamat⇒Hacamat 70 derdin dermanıdır hacamatın insan üçün inanilmaz faydaları var. Hacamat  Hz Peyğenber (s) sünnesidir. Bildiyimiz kimi qan hüceyrələri vaxtaşırı yenilənir, həmçinin qana müxtəlif yollarla qarışan müxtəlif "çirkli" qatışıqlar da orqanizm tərəfindən təmizlənir. Bu proses daha çox dalaq, qaraciyər və immun sistemi tərəfindən edilir. Lakin, bəzən orqanızm bunun öhdəsindən tam gələ bilmir. Bu zaman kənardan yardıma ehtiyac duyulur. Banka qoyulan zaman, kapillyarlarda toplanan "çirkli" qan, banka qoyulan nahiyəyə yığılır, sonra, həmin nahiyə iti alətlə çərtildiyi zaman həmin "çirkli" qan bankanın daxilindəki vakuum sayəsində orqanızmdən xaric edilir. Nəticədə, immun sistemi yaxşılaşır, orqanizm yeni qan hüceyrlərini əmələ gətirməyə təhrik edilir, gərginləşmiş əzələlər boşalır, təzyiq və sorulma ilə toxuma bitişmələri (spaykalar) bərpa olunur, limfotik drenaj güclənir, qoyulduğu nahiyədən asılı olaraq orqanın "çirkli", işlənməyən qatı qandan və toxinlərdən təmizlənməsi nəticəsində, orqanda qan dövranı yaxşılaşır, beyin funksiyaları yaxşılaşır. Ümumiyyətlə, hacamat, əks göstərişləri çox az olan alternativ müalicə üsuludur.    Hacamat hansı xəstəliklərə faydalıdır?
Müxtəlif mənşəli baş ağrıları, Tənbəllik, yuxu çoxluğu,
Prostatit və cinsi zəiflik,
Kürək ağrısı, bel ağrısı (lumbago), işiaz; 
Hormonal pozluqlarda,
Yumurtalığın xəstəlikləri (buna bənzər bir çox qadın xəstəliyi),
Yüksək təzyiq,
Ödemlərdə,
Nevralgiyalarda,
Kirəclənmələrdə,
Asma,
Şezofreniyalrda (sakitləşdirici olaraq);
Tonzillit (ümumiyyətlə yuxarı və aşağı tənəffüs yollarının xəstəlilərində)
Sinusit,
Miqren və s. baş ağrılarında,
Revmatik ağrılarda,
Onurğa sütunu xəstəliklərində,
Əzələ ağrılarında,
Menstrual ağrılarında və s
Sellulitin müalicəsində,
Dişlərin çürüməsi, diş əti xəıstəlikləri və pis ağız qoxusu daimi hacamat etdirənlərdə olmaz!
Hacamatla müalicəsində ən yaxşı nəticələr görülən xəstəlik miqrendir.
Miqrenin əsas səbəbi kimi, uzunsov beyin və beyincikdə qan dövranının pozulması bilinir. Hacamatla bu nahiyələrin qan dövranı bərpa -olunduğu üçün, bu üsul ən effektiv müalicə üsulu hesab edilir.
Hem xanımlar hem beyler buyurub yararlana biler.

Saç tökülməsinin müalicəsi⇒Saçların tökülməsinin müxtəlif səbəbləri var.
Saçlar stressdən, xarici faktorlardan (hava, kimyəvi buruqlar, fenvə s.),genetik meyillilikdən, immunitetin zəif olmasından, narkoz qəbulundan, doğuşdan və zəif qulluqdan tökülə bilir. Saç tökülməsi daxili xəstəliklərlə bağlı olduqda həmin xəstəliyi müalicə etmək lazımdır.
Həkim Zeynəb xanım tərəfındən tam təbii üsülla saç tökülməsinin qarşısının alınması və yenidən bərpası. 1 ay ərzində saç tökülmesinin qarşısı tamamən alınır‼️Bununla bərabər yağlı və quru seboriyanın müalicəsi aparılır.

Plazmaterapiya (PRP)⇒PRP (Platelled Rich Plasma – Trombositdən Zəngin Plazma) - həm kosmetik, həm də müalicəvi məqsədlə istifadə olunan bir tibbi prosedurdur.PRP dermatolojidə üz və başın tüklü hissəsi (saçlı dəriyə) başda olmaqla fərqli bölgələrə enjektə edilir; 

1. Ləkələrin müalicəsində 
2. Anti-aging (Gəncləşdirmə) üçün 
3. İncə qırışıqların aradan qaldırılmasında
4. Akne skarlarının (sivilcədən sonraki çapıqların) müalicəsində
5. Saç tökülməsində
6. Gec sağalan yaraların (yataq yaraları, diyabetik yara) müalicəsində

Prosedur icra olunarkən insanın qanı alınaraq, sentrifuqadan keçirilir və platelled (trombositlər) ayrıca götürülür. Daha sonra trombositin üzerinə xüsusi aktivləşdirici maddə əlavə olunur və xəstəyə enjektə edilir. PRP ayda 1-2 seans olmaqla 4-6 seans təkrarlamaq olar.

Mezoterapiya⇒ Mezoterapiya turşu, ferment, vitamin, mineral, homeopatik dərmanlar və digər terapevtik elementlərin mikro iynə üsulu ilə dərinin orta təbəqəsinə yeridilməsi prosesidirMezoterapiya müalicəsi sellülit, saç tökülməsi, yağlanma və üz cavanlaşması məqsədilə istifadə olunur. 

Saç mezoterapiyası da yaxşı nəticələr verir. Alopesiya deyilən saç tökülməsi xəstəliyi saçların bir hissəsinin, yaxud hamısının tökülməsi deməkdir. Bunun qarşısını almaq üçün muzoterapiya əla üsuldur. Ancaq seanslar xəstənin saç tökülmə tipi və vəziyyətinə görə müəyyən edilir. 

1. Mezo iynələr saç tökülmə problemini kökündən həll edən və qan dövranını bərpa edən estetik müdaxilədir.

2. Mezoterapiyadan sonra nazik saç telləri qalınlaşır.

3. Saç muzoterapiyasından sonra saç kökləri möhkəmlənir, sürətlə uzanır, tökülmə azalır. Xülasə, saç mezoterapiyası vasitəsilə saç tökülməsi nəzarət altına alınır, tökülməni dayandırır, incə telləri qalınlaşdırır, seyrəkləşmiş hissələr yeni gur və sağlam tüklərlə bərpa edilir.

Mezoterapiya ilə bədənin istənilən yerini cavanlaşdırmaq, qüsurları bərpa etmək mümkündür. Məsələn, mezo iynələr bədənin tez qocalmağa meylli olan üz, əllər, boyun və sinə dekoltesi kimi həssas yerlərinə “anti-aging” (yaşlılıq əleyhinə) təsir göstərir, kollagen istehsalını stimullaşdırır, dərini cavanlaşdırır, ona parlaqlıq verir və təravətləndirir. 

Müasir dövrdə arıqlamağın ən yaxşı yollarından biri də mezoterapiyadır. Qidalanma rejimi və məşqlər ilə planlaşdırdığınız çəkiyə düşə bilmirsinizsə, yaxud çətinlik çəkirsinizsə, bu zaman mezo iylərin gücündən yararlana bilərsiniz. Mezoterapiya ilə bədənin istənilən nahiyəsində toplanmış yağları tez bir zamanda əridə bilərsiniz. Bu üsulla problemli bölgələrə piy parçalama funksiyası olan dərmanlar, iynələr yeridilir. Nəticədə həmin bölgədəki yağ hüceyrələrinin əridilməsi və ümumi qan dövranına daxil olaraq bədəndən atılması təmin edilir.

Kosmetologiya şöbəmizdə də kosmetoloji prosedurlar fəaliyyət göstərir.

Zeynəb Sadıqova,Uzm.

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz