Namiq İsmayılov hekimtap.az

Namiq İsmayılov

Uroloq-androloq

Bakı
prostat adenoması nədir

Prostat adenoması

Müəllif: Uroloq-Androloq Namik Ismayilov , Əlaqə: 050 565-11-11
2239

Paylaşıldı: 21.05.2018
Namiq İsmayılov

Prostat adenoması nədir?

Prostat adenoması prostatın xoşxassəli şişidir. Buna prostat vəzinin xoşxassəli hiperplaziyası da (böyüməsi) deyilir. 

Yaşı 40-dan yuxarı olan kişilərin üçdən birində hormonal dəyişikliklər səbəbindən prostat vəzi böyüyür. Prostat adenoması 50 yaşdan sonra daha aktiv inkişaf edir və bu diaqnoz hər iki kişidən birinə qoyulur.

Sidik kanalı (uretra) prostatın mərkəzindən keçdiyindən və vəzinin adenoması zamanı onun toxumaları daxilə yönəldiyi üçün sidik kanalının qismən və ya tamamilə sıxılır. Bu da sidik ifrazı ilə bağlı problemlər yaradır.  

Şikayətlər  prostatın elə dərəcədə böyüməsi zamanı yaranır ki, sidik kisəsinin, sidiyi daralmış uretradan itələməyə gücü çatmır. Sidik şırnağı zəifləyir, sidik ifrazına başlamaq üçün kişi da çox vaxt və güc sərf etməli olur, həmçinin sidiyə yanlış çağırılışlar da qeydə alınır.  

Kişilərdə prostatın inkişafı erkən uşaq yaşlarından başlayır və 20-25 yaşlarında sona çatır. Böyük yaşlı kişidə prostatın normal həcmi 23-25 sm3, çəkisi isə 20 qr-dır. 40 yaşından sonra prostat yenidən böyüməyə başlayır və bu, təbii prosesdir. Vəzinin ölçülərinin böyüməsi kişi orqanizmində baş verən hormonal dəyişikliklərlə əlaqədardır.

Prostatın böyüməsi kişinin fizioloji xüsusiyyətlərinə görə problem yaratmaya da bilər. Bəzi kişilərdə prostat daha gec böyüməyə başlayır, bəzilərində isə sidik kanalı təbii olaraq genişdir və bu səbəbdən də pasiyent prostat adenomasının aləmətlərini his etmir.  

Prostat adenomasının əlamətləri

Prostat vəzinin sıxdığı uretradan sidiyi ifraz etmək üçün kisənin toxumaları daha artıq işləməli olur, lakin bu, heç də həmişə uğurla baş vermir. Nəticədə qalıq sidik, sidik kisəsində toplanır. Bu isə sidik kisəsi və sidik yollarının iltihabı, həmçinin böyrək problemlərinə gətirib çıxara bilər.

Prostat vəzinin əlamətləri aşağıdakılardır:
 – Sidiyi saxlamaq çətinləşir və ya ümumiyyətlə, mümkün  olmur;
 – Sidik şırnağı zəifləyir;
 – Tez-tez sidiyə getmə müşahidə olunur;
 – Sidik ifrazı zamanı onun miqdarı kifayət qədər olmur;
 – Sidik ifrazına başlamaq üçün vaxt tələb olunur;
 – Sidik ifrazı zamanı yanma hissi qeydə alınır;
 – Sidik bulanıq və ya qanlı olur;
 – Sidik kisəsinin tam boşalmaması hissi yaranır;

Prostat adenomasının müalicəsi

Prostat adenomasının müalicəsi bir neçə metodla aparılır. İlkin mərhələdə medikamentoz müalicə effektiv ola bilər. Lakin təcrübə göstərir ki, əksər hallarda prostat adenoması simptomları təkrarlana bilər. Belə hallarda adenomanın cərrahi yolla kənarlaşdırılması göstərişdir.

Prostat adenomasının profilaktikası

Prostat adenomasının profilaktikası məqsədilə aşağıdakı tədbirləri həyata keçirmək tövsiyə olunur:
 – Soyuqlamadan, o cümlədən aşağı ətrafların soyumasından qorunmaq;
 – Siqaret çəkmək vərdişini tərgitmək (sidik kisəsində xərçəngin yaranması siqaret çəkənlərdə 2-3 dəfə çoxdur);
 – Qida rasionunu nizamlamaq, acı, turş və yağlı qidaları rasiondan çıxarıb, meyvə-tərəvəzə üstünlük vermək tövsiyə olunur;
 – Alkohollu içkiləri və kofeni məhdudlaşdırmaq və ya tamamilə istisna etmək;
 – İmkan daxilində stresdən uzaq olmaq;
 – Mümkün qədər sidik ifrazını süni şəkildə saxlamamaq, sidik ifraz edərkən isə sidik kisəsini tam boşaltmaq lazımdır;
 – Gecə tez-tez sidik çağırışları olursa, yuxudan 2-3 saat əvvəl maye qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur;
 – Prostat adenomasının əlamətləri özünü göstərərsə, qısa zamanda mütəxəssisə müraciət etmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az  


Namiq İsmayılov

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz