Namiq İsmayılov hekimtap.az

Namiq İsmayılov

Uroloq-androloq

Bakı
BÖYRƏK DAŞI XƏSTƏLİYİ

BÖYRƏK DAŞI XƏSTƏLİYİ

Müəllif: Uroloq-Androloq Namik Ismayilov , Əlaqə: 050 565-11-11
781

Paylaşıldı: 26.06.2020
Namiq İsmayılov

Böyrək daşı xəstəliyi nədir?

Böyrək daşı xəstəliyi (urolitiaz) -  orqanizmdə metabolizm prosesinin pozulması nəticəsində yaranan böyrək patologiyalarından biridir. Xəstəliyin yaş məhdudiyyəti yoxdur. Xəstəlik əvvəlcə mikrolitlərin (“qum”) əmələ gəlməsi ilə müşayiət olunur, bundan sonra isə daşlar əmələ gəlməyə başlayır. 

Daşlar özü-özlüyündə pasiyenti nadir hallarda narahat edir. Kəskin kliniki mənzərə daşlar sidik yollarında düşüb, oranı tıxayanda yaranır. Bunun nəticəsində sidiyin böyrəkdən  ifrazı prosesi pozulur və kəskin ağrılar (böyrək sancısı) yaranır.  Bu cür vəziyyət həyat təhlükəsi yaradan böyrək iltihabına və yaxud da orqanın funksiyasının itirilməsinə gətirib çıxara bilər. Belə olan təqdirdə, təcili cərrahi müdaxilə tələb olunur. 


Böyrək daşlarının aşağıdakı növləri var:

  1.  Kalsium-oksalat - sıxlıqları yüksəkdir, boz-qara rəngli olurlar, tikanabənzər çıxıntıları var.
  2. Kalsium-fosfat - kifayət qədər yumşaq, nahamar səthlidirlər, rəngləri açıq-bozdur. 
  3. Uratlar - bərk, hamar və sarı rəngdədir (sidik turşusu səbəbindən). 

 bu daş növləri böyrəkdə, sidik kisəsi və ya sidik yollarında lokallaşa bilər. 

Kişilərdə və qadınlarda börək daşı xəstəliyi 20-55 yaşlı insanlar risk qrupuna daxildir. Böyrək daşı xəstəliyinə qadınlarda kişilərlə müqayisədə daha az rast gəlinir. Buna baxmayaraq, çoxsaylı ağrılı simptomatika yaradan mərcanabənzər  daşlara məhz qadınlarda daha çox rast gəlinir.  


Böyrək daşı xəstəliyinin əlamətləri

Xəstəliyin əlamətləri həm qadınlarda, həm də kişilərdə demək olar ki, eynidir. Əsas fərqlər bunlardır: kişilərdə patologiya zamanı böyrək sancısı cinsiyyət orqanına, qadınlarda cinsiyyət dodaqlarına irradiasiya edir. 

İkitərəfli xarakterli, yəni daşların hər iki böyrəkdə əmələ gəlməsinə nadir hallarda (cəmi 17%) rast gəlinir. 

Böyrək daşı xəstəliyinin əlamətləri

Xəstəliyin əlamətləri aşağıdakılardır:

  1. Bel nahiyəsində ağrılar (daimi və ya periodik ola bilər).
  2. Böyrək sancısı (dəhşətli ağrıların yaranması - bu, sidik yollarının tıxanmasına dəlalət edir).
  3. Sidik ifrazı zamanı ağrılar, sidikdə qan və ya irinin müşahidə olunması.
  4. Sidik ifrazı zamanı sidiyinin rənginin dəyişməsi, sidiyə tez-tez getmək istəyi.  
  5. Ürəkbulanma, qusma və hərarətin qalxması, köpmə. 
     

Böyrək daşı xəstəliyinin yaranma səbəbləri

Böyrək daşı xəstəliyinin yaranma səbəbini çox vaxt irsi faktorla, daha dəqiq desək, metabolizmin pozulması ilə izah olunur. Bunun nəticəsində sidiyin kimyəvi və su-duz strukturunda dəyişikliklər yaranır. Nəticədə aşağıdakıların sidikdəki miqdarı artır:

- sidik turşusu;
- oksalat duzları;
- kalsium duzları;
- fosfat duzları. 

Daxili səbəblərə həzm sistemi xəstəliklərini, susuzlaşma, infeksiyalar, D vitamini çatışmazlığı və qeyri-düzgün qidalanmanı aid etmək olar. 


Xarici faktorlara aiddir:

- istifadə etdiyimiz suyun kimyəvi tərkibi;
- iqlim - ultrabənövşəyi şüaların miqdarı;
- iş-məişət şəraiti - azhərəkətli həyat tərzi, agır işlər və s.
- zərərli vərdişlər və s.


Böyrək daşı xəstəliyinin diaqnostikası

Böyrək daşı xəstəliyinin diaqnostikası həkim-uroloq tərəfindən aparılır. Həkim əvvəlcə xəstəliyin yaranma səbəbini müəyyənləşdirir, bundan sonra müalicə taktikası seçilir.  

Müayinə üsullarına aiddir:

  1. Qanın ümumi və biokimyəvi analizi
  2. Sidiyin ümumi analizi
  3. USM müayinəsi
  4. Ekskretor uroqrafiya
  5. Kompüter tomoqrafiya


Böyrək daşı xəstəliyinin müalicəsi

Böyrək daşı xəstəliyinin bir-birini tamamlayan bir neçə müalicə üsulu var. Onlara aşağıdakılar aiddir:

  1. Medikamentoz müalicə: Daşları əritmək və orqanizmdən xaric etmək üçün müəyyən preparatlar tətbiq edilir. 
  2. Zərbə-dalğa litotripsiyası. Daşların xırdalanması zərbə dalğasının sürətli impulsu sayəsində baş verir.. 
  3. Ureteroskopiya. Daşların sidik axarına yeridilmiş xüsusi nazik alətlə xırdalanması.          

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az  


Namiq İsmayılov

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz