Abbasova Məlahət Talıb qızı 1955-ci ildə Bakı şəhərində anadan olub.
Xəstələrə individual yanaşaraq, müalicə prosesində dərman müalicəsi ilə yanaşı fitoterapiya (bitkilərlə müalicə), fizioterapiya və digər metodlardan geniş istifadə edir.
1961-ci ildən 1971-ci ilə qədər Bakı şəhərində 21 və 199 nömrəli orta məktəblərdə oxuyub.
1972-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakultəsinə daxil olub.
1978-ci ildə Tibb Univesitetini müvəffəqiyyətlə bitirib.
1978-1979-ci illərdə 1 nömrəli Şəhər Klinik Xəstəxanasında Terapiya kafedrasında internatura keçib.
1985-ci ildən 5 nömrəli Şəhər Klinik Xəstəxanasında həkim terapevt vəzifəsində çalışıb.
2002-ci ildən bu günə qədər Vital klinikada həkim terapevt kimi fəaliyyət göstərir.