Aynur Hüseynzadə hekimtap.az

Aynur Hüseynzadə,PhD

Ümumi cərrah

Tibb üzrə fəlsəfə doktoru

12 il iş təcrübəsi

Bakı

Həkim haqqında

Hüseynzadə Aynur Nazim qızı 1982-ci ildə Bakıda ziyalı ailəsində anadan olub.
2004-cü ildə Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Tələbə elmi konfransında məruzə ilə çıxış edib, diplomla təltif olunub.
2013-cü ildə “Mədə və onikibarmaq bağırsağın ağırlaşmış formaları zamanı lazer və ozonun birlikdə istifadəsi” mövzusunda müdafiə edib və tibb üzrə fəlsəfə elmləri doktoru adını layiq görülüb.

Təhsil

1989-cu ildə Bakı şəhəri 175 saylı məktəbə gedib və 1999-cu ildə məktəbi fərqlənmə diplomu ilə bitirib. 
Həmin ildə yüksək bal toplayaraq Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinə qəbul olub. 2003-2005-ci illər ərzində I müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri vəzifəsində işləyib.
2005-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.
2005-2006-cı illərdə M. Nağıyev adına Təcili Tibbi Yardım xəstəxanasında internaturanı, 2006-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyə kafedrasında klinik ordinaturanı keçib.
2008-ci ildə Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyə kafedrasına aspiranturaya daxil olub və 2011-ci ildə oranı bitirib.

Kurslar

Dəfələrlə Rusiyanın Sankt-Peterburq şəhərində ixtisaslaşma kursları keçib:
2013-cü ildə Piroqov adına Kliniki Tibbi Mərkəzdə Çanaq dibinin rekonstruktiv cərrahiyəsi,
2014-cü ildə İnnovasiya Damar Mərkəzində Endovenoz Lazer ablasiyası, miniflebektomiya, skleroterapiya, 
2016-cı illərdə Piroqov adına Kliniki Tibbi Mərkəzdə Çanaq dibinin rekonstruktiv cərrahiyyəsi ,
2016-cı illərdə İnnovasiya Damar Mərkəzində Endovenoz Lazer ablasiyası, miniflebektomiya, skleroterapiya. Müvafiq diplom və sertifikatlarla təltif olunub.

İcra olunan prosedurlar

Çanaq dibinin rekonstruktiv cərrahiyyəsi (sallanmalar); 
Endovenoz lazer ablasiyası (aşağı ətraf venalarının varikoz genişlənməsi); 
Miniflebektomiya;
Ginekoloji (uşaqlıq, yumurtalıq, aralıq);
Proktoloji, qarın boşluğu əməliyyatları (öd kisəsi, mədə-bağırsaq, dalaq, qaraciyər);
Endokrin əməliyyatlar, abdominoplastika, damarların skleroterapiyası.

İş təcrübəsi

2012-ci ildən Azərbaycan Tibb Universiteti Ümumi cərrahiyə kafedrasında çalışır.

Aynur Hüseynzadə,PhD

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz