Rauf Məmmədov hekimtap.az

Rauf Məmmədov

Stomatoloq

15 il iş təcrübəsi

Bakı
Implant diş

Implant diş

Müəllif: Stomatoloq Rauf Məmmədov , Əlaqə:050 255 88 50
7127

Paylaşıldı: 11.11.2019
Rauf Məmmədov

İMPLANT DİŞ NƏDİR?

Müasir dövrdə implantasiya itirilmiş dişləri bərpa etmək üçün ən mükəmməl bir üsuldur. İmplant çəkilmiş dişlərin yerinə, dişin funksiyasını yerinə yetirməsi üçün çənə sümüyünə yerləşdirilən süni diş köküdür. Bu dişlər estetik olaraq heç bir problem yaratmır. İmplantlar əksər hallarda titan elementindən hazırlanır. Bəzi növ implantlar da var ki onlar titan və zirkon elementlərinin qarışığından hazırlanır. Yalnız diş implantları, ətraf dişlərə zərər vermədən, kök də daxil olmaqla, dişin işləmə funksiyasını tamamilə bərpa etməyə imkan verir. 

İMPLANTLAR TƏHLÜKƏSIZ VƏ UZUN ÖMÜRLÜDÜRMÜ?

İmplantlar uzun ömürlüdürlər sümük toxumasında hər hansı bir problem yaratmırlar. İmplantın ömrü bir çox faktorlardan asılıdır:
- Həkim sistemi yaxşi bilən təcrübəli cərrahlar tərəfindən qoyulmalıdır.
- Keyfiyyətli implant markası istifadə edilməlidir. Satışda çox implant markaları var bunlar keyfiyyətinə görə bir birindən fərqlənir.
- Pasient implanta təbii dişləri kimi baxmalı və implant üzərinə qoyulan diş fırçalanmalı.
- Pasient ildə iki dəfə panorama rentgeni ilə müayinə edilməlidir.

İMPLANT DİŞLƏRİN NÖVLƏRİ:
İmplant dişlərin bir neçə növləri var, ancaq indiki vaxtda ən böyük üstünlük “vint” şəkilli olan implantlara verilir.

İMPLANTLAR ÜÇÜN YAŞ MƏHDUDİYYƏTİ VARMI?
Qadınlarda 16, kişilərdə isə 18 yaşdan sonra implant qoyulması məsləhət görülür. Bu isə sümük inkişafına bağlı olaraq müəyyənləşdirilib.

İMPLANT DİŞLƏRİN MÜSBƏT TƏRƏFLƏRİ:

1.İmplant dişlər bərk (qatı) yeməkləri çeynəməyə imkan verir;
2.İmplantasiya diş ətləri üçün daha faydalıdır;
3.Diş boşluğundan yaranan çökmüş üz quruluşunun bərpası;
4.Gözəl və rahat şəkildə gülümsəmə hissi;
5.Daha gözəl estetik görünüş;
6.Süni diş implantasiyası üçün ətraf dişlərə zərər dəymir;
7.Diş implantları istənilən sayda diş ilə yerləşdirilə bilər.


Rauf Məmmədov

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz