Vüqar Fərhadov hekimtap.az

Vüqar Fərhadov

Plastik cərrah

14 il iş təcrübəsi

Bakı

Həkim haqqında

1979-cu ildə Mingəçevir şəhərində anadan olub.

1986-1996 cı illərdə Mingəçevir  şəhəri  14 saylı məktəbi bitirib.

1996-2003 cü ildə Azərbaycan Tibb Universitetini  bitirib. 

2003-2005 ci illərdə Ukranya N.İ.Piraqov adına  Beynalxalq Tibb Universitetinin Lor Xəstəlikləri kafedrasında kliniki  ardenatura kursunu keçib.

2005-2007 ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olub.

2007-2014 cü ilədək  Siyəzən rayon Mərkəzi xəstəxanasında işləyib.

2014-cü ildən bəri müxtəlif klinikalarda həkim otorinolarinqoloq çalışıb.Hal-hazırda Grand Hospital da həkim otorinolarinqoloq işləyir.

2011-ci ilin yanvar-mart aylarında Uludağ Universitetində kurs keçib.Türkiyənin ən məhşur həkimləri  Barış Çakır, Ali Murat Akkuş, Göksel  Abdülkadir və s.r. həkimlərin rinoplastik kurslarında iştirak edib, bir çox konfranslarda iştirak edib.

İcra olunan prosedurlar

Rinoplastika (burun əməliyyatı)

Karma rinoplastikası (qapalı burun əməliyyatı)

Revizion (təkrar burun əməliyyatı)

Septoplastika (burun çəpəri əməliyyatı)

Adenotomiya (burun əti əməliyyatı)

Tonzillektomiya (boğaz əti əməliyyatı)

Burun polipləri-FESC (funksional ekdoskopik sinus cərrahiyəsi)

Qapalı-karma rinoplastika burunun ön hissəsi kəsilmədən və burunun əsas formasını formalaşdıran pitangium bağı kəsilmədən icra olunan bir əməliyyatdır.Bu əməliyyatda bütün prosedurlar  daxilidən aparılır.Əməliyyat zamanı burunun ön hissəsinin kəsilməməsi damarların və sinirlərin tamlığını qoruyur və buda sağalma dövrünün daha tez və asan olasına gətirib çıxarır, burun ucunda keyimələr olmur, şişliklər az olur . Qapalı rinoplastikada pitangium bağının kəsilməməyinin əsas üstünlüyü odurki burunun üst hissəsində açıq əməliyyatlarda kəsildiyi üçün avtomatik olaraq pitangium bağı kəsilərək dəri altında kütlə şəklində toparlanır.Nəticədə burun uzərində keçməyən şişlik qalır.ona görədə burunun uc hissəsində şişlik olmur və burunun uc hissəsi burunun gövdəsindən ayrıd olunan bir sərhədlə tam ayrılır.Burunun  elastikliyi pozulmur,həttda əməliyyatdan bir həftə sonra burunun elastikliyi və hiss etmə qabiliyyəti öz yerində qalır.Rinoplastikada piezo aparatı işləndiyinə görə göyərmələr şişmələr daha az olur və sümükdə olan bəzi əyrilikləri düzəltmək mümkün olur. Qapalı-karma əməliyyatının başqa klassik qapalı əməliyyatlardan fərqləndirən cəhəti odurki açıq əməliyyatda görülən işlərin hamısı bu əməliyyatdada görülür və buna görədə çökmə və əyilmələr olmur. Qapalı  əməliyyatı açıq əməliyyatdan fərqləndirən odur ki əməliyyatın ilk başlanğıcından sona qədər burunun forması göz qarşısında olur və hər bir minimal dəyişiklik burunda ozunu ğöstərir,Amma açıq əməliyyatlarda hər dəfə burunun dərisi qaldırılır və yenidən burun formasına baxmaq üçün yerinə qoyulur amma yenədə dəridə şişkinliklər səbəbindəm dəri tap yerinə oturmur və buna görədə müəyyən qədər burunun formasını tam ayırd etmək mumkun olmur və bu səbəbdən buruna tam doğru forma vermək olmur, amma qapalı əməliyyatlarda buna ehtiyyac olmur,çünki burun forması əməliyyat boyunca öz formasında qalır.Qapalı əməliyyatın üstün cəhətlərindən biri odur ki acıq əməliyyatlardan daha tez bitir və ona görədə əməliyyat müddəti qısaldığı üçün xəstənin aldığı narkozun ziyanıda az olur.

Vüqar Fərhadov

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz