Elşən Tağıyev hekimtap.az

Elşən Tağıyev

Pediatr

Bakı
göy öskürək nədir

Göy öskürək

Müəllif: Pediatr Elşən Tağıyev
4123

Paylaşıldı: 08.06.2018
Elşən Tağıyev

Göy öskürək nədir?

Göy öskürək – yuxarı tənəffüs yollarının iltihabı və tutmaya bənzər spazmatik öskürəklə müşayiət olunan kəskin infeksion xəstəlikdir.

Bu xəstəliyə daha çox 5 yaşa qədər peyvənd olunmamış uşaqlar yoluxurlar. Göy öskürək 1 yaşa qədər uşaqlarda daha ağır gedişata malikdir. Daha yuxarı yaşlı uşaqlarda bu infeksiya əhəmiyyətli dərəcədə zəif inkişaf edir. 

Göy öskürək “Bordetella pertussis” adlı spesifik bakteriya tərəfindən törədilir. Mikrob xəstə insanla yaxın təmas zamanı hava-damcı vasitəsilə (öskürək, asqıraq və s.) yoluxur. Xəstəliyin yoluxuculuq xüsusiyyəti çox yüksəkdir. Lakin infeksiyanın kontakt vasitəsilə (məsələn, ouncaq üzərindən) keçməsi mümkün deyil, belə ki, o, xarici mühitdə tez məhv olmur.

Xəstəlikdən sonra yaranan immunitet çox dayanıqlıdır və adətən, ömürlük saxlanılır. Yaşlı insanlarda təkrar xəstələnmə müşahidə edilə bilər. Lakin bir qayda olaraq, həkimlər bunu, tezliklə sağaldığı üçün, adi soyuqdəymə kimii qəbul edirlər.   

Göy öskürəyin yaranma səbəbləri

Göy öskürək bakteriyaları tənəffüs yollarının selikli qişasının qıcıqlandıran xüsusi toksinlər ifraz edir. Nəticədə diafraqma və bronx əzələllərinin, necə deyərlər, spastik öskürəyi yaranır. Öskürək refleksi tədricən uzunsov beyinin (baş beynin bir bölməsi) tənəffüs mərkəzində özünə yer edir ki, bu da öskürək tutmalarının güclənməsinə və tez-tez yaranmasına şərait yaradır.

Xəstəliyin inkubasiya dövrü (yoluxmadan ilkin simptomların özünü göstərməsinədək olan period) adətən, 1-2 həftə çəkir. Göy öskürək tədricən inkişaf edir. Temperatur o qədər də yüksəlmir, zökəm və öskürək başlayır. Bu fazada valideynlər yanlış olaraq, övladlarının “azca soyuqladığını” zənn edirlər və uşaq məktəbə və ya baxçaya getməklə başqa uşaqları da xəstəliyə yoluxdurur. Öskürək tədricən şiddətlənir və davam etmə müddəti artır, daha sonra spazmatik hala keçir. Göy öskürək o dərəcədə spesifikdir ki, həkim onu bir dəfə eşitməklə düzgün diaqnoz qoya bilir.  

Göy öskürəyin əlamətləri

Xəstə fit səsini xatırladan nəfəs aldıqdaqısa, tutmalı və ard-arda gələn öskürək müşahidə edilir.  Bəzən belə tutmalar qusma, üzün göyərməsi və ya qızarması, bəlğəm gəlməsi ilə müşayiət olunur. Bir gün ərzində, xəstəliyin ağırlığından asılı olaraq, bu cür tutmaların sayı 20-30 və daha artıq ola bilər.

Xəstənin üzü şişkinləşır, bəzən dəridə qanaxmalar yaranır. Konyuktivit başlaya, dil yüyənində yara əmələ gələ bilər. Qıcolma ilə müşayiət olunan öskürək tutmaları sutkanın istənilən vaxtında, əsasən isə, gecə saatlarında və ya səhərə yaxın müşahidə edilir.     

Tutmalar olmadıqda uşağın vəziyyəti demək olar ki, tam normal görünür. Bu halda bədən hərarəti normal olur. Spazmatik öskürək zamanı temperaturun qalxması ağırlaşmalardan xəbər verir.

Göy öskürəyin ağırlaşmaları

Göy öskürəyin ən çox rast gəlinən ağırlaşması – pnevmoniyadır, hansı ki, artıq başqa mikroblar – streptokokk və stafilokokklar tərəfindən törədilir. Bir yaşa qədər olan uşaqlarda göy öskürək tutmaları bir neçə saniyədən başlamış, bir neçə dəqiqəyə qədər dvam edən tənəffüs dayanması yarada bilər. Bu zaman oksigen çatışmazlığından skelet əzələlərində qıcolmalar, ensafalopatiya və s. inkişaf edə bilər.

Göy öskürəyin diaqnostikası

Göy öskürək diaqnozu tipik öskürək əsasında qoyulur. Bunun təsdiqlənməsi üçün boğazdan götürülmüş bəlğəm və seliyin əkilməsinin həyata keçirilməsi tələb oluna bilər. 

Göy öskürəyin müalicəsiə

Müalicə bir qayda olaraq, ev şəraitində aparılır. Göy öskürək diaqnozu qoyulmuş pasiyentləri nadir hallarda hospitallaşdırırlar (əsasən, körpə uşaqlar və xəstəliyin ağırlaşması qeyd olunan pasiyentlər ).

Bu xəstəliyin müalicəsində təmiz, xəstənin otağını nəmləndirən havanın böyük rolu var. Qidalanma tez-tez lakin az-az qəbul edilməlidir. Kənar qıcıqlandırıcıların təsiri azaldılmalıdır (işıq, səs-küy və s.). Bədən hərarəti normal olarsa, təmiz havada (temperaturun -10C-dən aşağı olmamaq şərtilə) gəzinti tövsiyə olunur.

Dərman preparatlarına gəlincə, həkim adətən antibiotik, antihistamin və öskürək əleyhinə preparatlar təyin edir. Bəzən spazmatik öskürəyi zəiflətmək məqsədilə neyroleptiklər məsləhət ola bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az


Elşən Tağıyev

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz