Nigar Musayeva hekimtap.az

Nigar Musayeva

Oftalmoloq

10 il iş təcrübəsi

miopiya nədir yaranma səbəbləri

Miopiya

Müəllif: Oftalmoloq Nigar Musayeva
7758

Paylaşıldı: 13.07.2018
Nigar Musayeva

Miopiya – ümumi məlumat

Miopiya gözün torlu qişasının qarşısında təsvirin fokuslaşması və uzaq məsafələrə görmə səviyyəsinin aşağı düşməsi ilə xarakterizə olunan görmə defektidir. Müasir dövrdə ən çox yayılmış görmə patologiyalarından biri hesab olunur.

Kompüter texnologiyaları və televiziyanın sürətlə inkişaf etdiyi bir zamanda görmə orqanlarına düşən təzyiq də artır. Axı təbiət gözlərimizi  əşyaların yaxından deyil, uzaq məsafələrdə görmək üçün yaradıb. Belə yüklənmənin nəticəsində planetimzin əhalisi arasında miopiya hər üç nəfərdən birində rast gəlinir.

Miopiya zamanı göz almacığının uzanması və ya gözün buynuz qişasının  sındırma qüvvəsinin artması müşahidə edilir. Göz almacığının əhəmiyyətli dərəcədə uzanması nəticəsində orada toxumaların struktur dəyişikliyi ilə səciyyələnən distrofik dəyişikliklər başlayır.  

Miopiyanın yaranma səbələri

Miopiyanın inkişafında irsi faktorun böyük rolu vardır. Statistikaya görə, bu xəstəlikdən əziyyət çəkən uşaqların 50%-inin valideynlərinidə eyni refraksiya patologiyası müşahidə edilir və valideynləri bu patologiyadan əziyyət çəkməyən uşaqların yalnız 8%-inə miopiya diaqnozu qoyulur. İrsi səbəblər göz qişasının yaranma strukturunda əhəmiyyətli rol oynayan kollagen zülalının sintez anomaliyaları ilə şərtləndirilir.     

Göz yüklənmələrinin artması, məsələn, kifayət qədər işıqlanma olmadıqda hansısa obyektə yaxın məsafədən baxdıqda, düzgün olamayan pozalarda yazı və ya oxu və s. miopiyanın inkişafına səbəb ola bilər.    

Miopiyanın yaranmasında və inkişafında görməni korreksiya etmək məqsədilə eynək və ya linzaların yanlış seçilməsi böyük əhəmiyyət kəsb edir. Bunun sayəsində göz əzələlərinin əlavə yüklənməsi baş verir ki, bu da miopiya, bəzən isə çəpgözlüyə gətirib çıxarır.

Miopiyanın digər səbəblərinə aiddir: büllurun sklerozu (adətən, yaşlı adamlarda rast gəlinir), travma nəticəsində büllurun sürüşməsi, buynuz qişanın transformasiyası. 

Miopiyanın simptomları

Miopiyanın əsas simptomu uzaqda yerləşən obyektlərin  təsvirlərini yayılmış şəkildə görmək, yaxınlaşdırdıqda və ya gözü qıydıqda onların aydın görünməsidir.   

Bəzən miopiya astiqmatizimlə müşayiət olunur. Bu xəstəlik zamanı tez-tez baş ağrısı, təsvirin ikiləşməsi və dəqiq olmaması, gözlərdə yorğunluq və ağrı qeydə alınır.

Miopiyanın diaqnostikası

Xəstəliyi uğurla müalicə və korreksiya etmək üçün oftalmoloji və instrumental müayinələrdən keçmək vacibdir. Bu zaman həkim görmənin dəqiqliyini müəyyənləşdirir, USM vasitəsilə göz almacığının uzunluğunu ölçür, göz dibini  müayinədən keçirir, bəbəklərin refraktometriyasını aparır. Zərurət yaranarsa, əlavə müayinələr təyin oluna bilər.   

Miopiyanın müalicəsi

Miopiyanın müalicəsində fokuslanmanı inkişaf etdirmək üçün xüsusi göz hərəkətlərindən istifadə edilir, həmçinin, torlu qişanın qan dövranı və maddələr mübadiləsini yaxşılaşdıran dərman preparatları təyin olunur. Bəzi fizioterapiya metodları ilə torlu qişanın fəaliyyəti yaxşılaşdırılır.

Miopiyanın müalicəsində pozulmuş görmə funksiyasının korreksiya olunmasına xüsusi diqqət yetirilir. Bunun üçün xəstəyə eynək və ya kontakt linzalar seçilir. Nəzərinizdə saxlayın ki, bunu yalnız oftalmoloq və ya optometrist lazımi qaydada həyata keçirə bilər.     

Bir çox həkimlər akkomodasiya effektini aradan qaldırmaq üçün pasiyentlərinə eynək və linzalrın dəyişərək istifadəsini tövsiyə edirlər. Bu zaman gözün buynuz qişasının vəzyiyyəti dəyişir, gərginlik götürülür.

Müasir dövrdə miopiyanın korreksiyası üçün, əsasən, hidrogel və ya silikonhidrogellərdən hazırlanan yumşaq linzalar tətbiq olunur. Onlar vasitəsilə görmənin yüksək dəqiqliyi, rahatlığı və təhlükəsiz daşınması təmin edilir.    

Miopiya zamanı refraksiya pozuntularının düzəldilməsi cərrahi metodla da aradan qaldırıla bilər. Cərrahi üsulla miopiyanın irəliləməsinin qarşısını almaq və patologiyanı dayandırmaq mümkündür.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az  


Nigar Musayeva

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz