Nəzmin Musayeva hekimtap.az

Nəzmin Musayeva

Plastik cərrah

10 il iş təcrübəsi

Bakı
Braxioplastika ( qol gərmə)  hekimtap.az

Braxioplastika ( qol gərmə)

Müəllif: Plastik Estetik Cərrah Nəzmin Musayeva
2710

Paylaşıldı: 08.10.2018
Nəzmin Musayeva

Braxioplastika (qol dartma əməliyyatı)

Braxioplastika – qolda yaranmış artıq piylərin və sallanmış dərinin aradan qaldırılması üçün keçirilən əməliyyatdır. Yaş ötdükcə insanlarda dəri tonusun azalması müşahidə edilir, bu da dərinin sallanmasına səbəb olur. Adətən bu, qolun çiyinlərdən başlayaraq dirsəyə kimi olan hissəsində baş verir. Bu problemlər həm də tez zamanda arıqlayanlarda müşahidə edilir. Buna görə də bu əməliyyata müraciət edənlərin çoxu arıqladıqdan sonra qol dərisinin sallanmasından şikayət edənlərdir.

Əğər piy toxuması normadan çoxdursa, öncə liposaksiya, daha sonra qolların dartılması əməliyyatı keçirilir.

Əməliyyata hazırlıq

Əməliyyatdan bir neçə gün öncə qanın ümumi analizi,QİÇS, sifilis, B və C hepatitlərin təyyini üçün analizlər verilir.

Anesteziya növü

Braxioplastika əməliyyatı ümumi narkoz altında keçirilir, 1-2 saata gədər davam edir.

Əməliyyat texnikası

Əməliyyat zamanı çiyin səviyyəsindən dirsəyə qədər qolun iç hissəsində kəsik edilir. Artıq dəri götürülür,və dəri öz-özünə sovrulan tibbi saplarla tikilir. Əməliyyatdan sonra qollara xüsusi sarıqlar qoyulur, 1 həftə sonra sarıqlar açılır.

Sağalma müddəti

Tam sağalma müddəti 6-8 günə gədər davam edir.

Əgər pasientin şikayyəti yoxdursa, əməliyyatdan 1-2 gün sonra evə buraxılır. Ancaq reabilitasiya dövründə fiziki güc tətbiq etməkdən və idmandan uzaq durmaq lazımdır.

Əməliyyatdan sonraki dövr

Əməliyyatdan sonrakı dövrdə qolları gücə salmamaq önəmlidir. Həftədə bir neçə dəfə əllərə qoyulmuş sarıq dəyişdirilməlidir. Tikişlər sorulduqdan və sarıqlar açıldıqdan sonra adi yaşam tərzinizə davam edə bilərsiniz. Fiziki işlərə 2 həftə sonra başlanmalıdır. Ağrı olduqda,ağrıkəsicilər qəbul edilir. Ağrı həddən çox olarsa, temperatur qalxarsa, yaranın olduğu nahiyyədə qızartı və şişkinlik yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır.

Braxioplastika uzun müddət ərzində effektiv olur. Onun müddəti pasiyentin çəkisində dəyişiklik olub-olmaması və hamiləlikdən asılıdır.Əgər yaxın zamanlarda hamilə qalmağı planlaşdırırsınızsa, o zaman braxioplastika əməliyyatı haqda qətiyyən düşünməyin. Bunu da nəzərə alın ki, əməliyyatdan sonra qoltuq altından dirsəyinizə qədər uzun çapıq izi qalacaq. Yarım ildən sonra onun rəngi solğunlaşsa da, bu iz tam itmir.


Nəzmin Musayeva

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz